Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər
عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِشَجَرَةٍ يَابِسَةِ الْوَرقِ فَضَرَبَهَا بِعَصَاهُ فَتَنَاثَرَ الْوَرقُ، فَقَالَ: «إِنَّ الْحَمْدَ للهِ وَسُبْحَانَ اللهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ اكْبَرُ، لَتُسَاقِطُ مِنْ ذُنُوبِ الْعَبْدِ، كَمَا تَسَاقَطَ وَرَقُ هَذِهِ الشَّجَرِةِ».
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ yarpaqları qurumuş bir ağacın yanından keçərkən əsa ilə ağaca vurdu və onun yarpaqları yerə töküldü. O buyurdu: “Həqiqətən, “əlhəmdulilləh, subhən-Allah, lə iləhə illəllah Vallahu Əkbər” sözləri qulun günahlarını bu ağacın yarpaqları töküldüyü kimi tökür”.”
Qeyd
ət-Tirmizi, 3533, 3876. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1601.
İstinad
Fəzilətli əməllər, 832 (Kitab 15, 153)
Fəzilətli əməllər — Dua və Zikr