Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər
عَنْ أَبِي أُمَامَةَ قَالَ: رَأَنِي النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أُحَرِّكُ شَفَتَيَّ، فَقَالَ :«مَا تَقُوْلُ يَا أَبَا أُمَامَةَ؟». قُلْتُ: أَذْكُرُ اللهَ، قَالَ: «أَفَلاَ أَدلُّكَ عَلَى مَا هُوَ أَكْثَرُ مِنْ ذِكْرِكَ اللهُ اللَّيْلَ مَعَ النَّهَار، تَقُولُ: الْحَمْدُ للهِ عَدَدَ مَا خَلَقَ، وَالْحَمْدُ للهِ مِلءَ مَا خَلَقْ، وَالْحَمْدُ للهِ عَدَدَ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْض، وَالْحَمْدُ للهِ عَدَدَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ مَلءَ مَا أَحْصَى كِتَابهُ، وَالْحَمْدُ للهِ عَدَدَ كُلِّ شَيْءٍ، وَالْحَمْدُ للهِ مِلءَ كُلِّ شَيْءٍ، وَتُسَبِّحُ اللهَ مِثْلَهُنَّ». ثُمَّ قَالَ: «تُعَلِّمُهُنَّ عَقِبَكَ مِنْ بَعْدِكَ».
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ mənim dodaqlarımı tərpətdiyimi görüb buyurdu: “Nə söyləyirsən, ey Əbu Umamə?” Mən dedim: “Allahı zikr edirəm”. O buyurdu: “Gecə-gündüz Allahı zikr etməyindən daha çox (savabı olan) bir şeyi sənə öyrədimmi? De: “Əlhəmdulillə:hi adədə mə: xaləqa, vəlhəmdulillə:hi mil ə mə: xaləq, vəlhəmdulillə:hi adədə mə: fis-səmə:və:ti va mə: fil-ərdi, vəlhəmdulillə:hi adədə mə: əhsa: kitə:buhu, vəlhəmdulillə:hi mil ə mə: əhsa: kitə:buhu, vəlhəmdulillə:hi adədə kulli şey in, vəlhəmdulillə:hi mil ə kulli şey in!”- və bu qaydada “subhən-Allahi...” de. Özündən sonra gələnlərə də öyrət!””
Qeyd
Əhməd, 22198; ət-Tabərani “Mucəmul-Kəbir” 7930. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2578.
İstinad
Fəzilətli əməllər, 831 (Kitab 15, 152)
Fəzilətli əməllər — Dua və Zikr