Hansı zikrləri etdikdən sonra dualar qəbul olunur?
عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : جَاءَتْ أُمُّ سُلَيْمٍ إِلَى النَّبِيِّ صلى الله عليه وسلم ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، عَلِّمْنِي كَلِمَاتٍ أَدْعُو بِهِنَّ فِي صَلاَتِي ؟ قَالَ : سَبِّحِي اللَّهَ عَشْرًا ، وَاحْمَدِيهِ عَشْرًا ، وَكَبِّرِيهِ عَشْرًا ، ثُمَّ سَلِيهِ حَاجَتَكِ يَقُلْ : نَعَمْ ، نَعَمْ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ummu Suleym Peyğəmbərin ﷺ yanına gəlib belə dedi: “Ey Allahın Elçisi, mənə namazımda deyəcəyim bəzi kəlmələr öyrət!” Peyğəmbər ﷺ dedi: “Allahı on dəfə təsbih (Subhən-Allah), on dəfə təhmid (Əlhəmdulilləh) və on dəfə təkbir (Allahu Əkbər) et. Sonra ehtiyacını istə”. Sonra (istədiklərin veriləcək mənasında): “Bəli, bəli”- dedi”.”
Qeyd
ən-Nəsəi “Sunən” 1282, 1299, 1307. Hədisin isnadı həsəndir. Bax: Silsilə əs-Səhihə, 13/141, hədis: 3338.
İstinad
Fəzilətli əməllər, 701 (Kitab 15, 22)
Fəzilətli əməllər — Dua və Zikr