Hansı kəlmələrə görə Cənnətdə ağac əkilir
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِهِ وَهُوَ يَغْرِسُ غَرْسًا فَقَالَ: «يَا أَبَا هُرَيْرَةَ مَا الَّذِى تَغْرِسُ؟». قُلْتُ: غِرَاسًا لِى. قَالَ: «أَلاَ أَدُلُّكَ عَلَى غِرَاسٍ خَيْرٍ لَكَ مِنْ هَذَا؟». قَالَ: بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ: «قُلْ: سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ، يُغْرَسْ لَكَ بِكُلِّ وَاحِدَةٍ شَجَرَةٌ فِى الْجَنَّةِ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ ağac əkərkən Allah Elçisi ﷺ onun yanından keçərək belə buyurdu: “Ey Əbu Hureyra, nə əkirsən?” Əbu Hureyra dedi: “Özümə ağac əkirəm”. Allah Elçisi ﷺ buyurdu: “Sənin üçün bundan daha xeyirli əkiləcək ağac göstərim?” Əbu Hureyra dedi: “Göstər, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “De: “Subhən-Allah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər! (Belə desən) hər kəlməyə görə Cənnətdə sənin üçün bir ağac əkilər”.”
Qeyd
İbn Macə, 3807, 3939. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1549.
İstinad
Fəzilətli əməllər, 845 (Kitab 15, 166)
Fəzilətli əməllər — Dua və Zikr