Səhər və axşam edilən zikrlər
عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ قَالَ : سُبْحَانَ اللهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ بَدَنَةٍ ، وَمَنْ قَالَ : الْحَمْدُ لِلَّهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ ، وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ فَرَسٍ يُحْمَلُ عَلَيْهَا ، وَمَنْ قَالَ : اللَّهُ أَكْبَرُ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ، كَانَ أَفْضَلَ مِنْ عِتْقِ مِائَةِ رَقَبَةٍ ، وَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ، لَمْ يَجِئْ يَوْمَ الْقِيَامَةِ أَحَدٌ بِعَمَلٍ أَفْضَلَ مِنْ عَمَلِهِ إِلاَّ مَنْ قَالَ قَوْلَهُ أَوْ زَادَ.
“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “subhən-Allah” deyən şəxs yüz qurban kəsməkdən daha fəzilətli əməl etmişdir. Günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “Əlhəmdulilləh” deyən şəxs yüz atı (Allah yolunda) təchiz etməkdən daha fəzilətli əməl etmişdir. Günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “Allahu Əkbər” deyən şəxs yüz qul azad etməkdən daha fəzilətli əməl etmişdir. Kim günəşin çıxmasından və batmasından əvvəl yüz dəfə “lə: ilə:hə illəlla:hu, vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Qiyamət günü heç kəs (Allahın hüzuruna) onun etdiyindən daha fəzilətli əməl ilə gəlməz. Onun kimi və ya ondan artıq deyən istisnadır”.”
Qeyd
ən-Nəsəi “Sunənul-Kubra” 10657. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 658.
İstinad
Fəzilətli əməllər, 763 (Kitab 15, 84)
Fəzilətli əməllər — Dua və Zikr