Dua və Zikr

Dinini və dünyanı cəm edən dua

حَدَّثَنِى مُصْعَبُ بْنُ سَعْدٍ عَنْ أَبِيهِ أَنَّ أَعْرَابِيًّا أَتَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ عَلِّمْنِى كَلاَماً أَقُولُهُ. قَالَ «قُلْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ اللَّهُ أَكْبَرُ كَبْيراً وَالْحَمْدُ لِلَّهِ كَثِيراً وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَزِيزِ الْحَكِيمِ خَمْساً». قَالَ هَؤُلاَءِ لِرَبِّى فَمَا لِى قَالَ «قُلِ اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَارْزُقْنِى وَاهْدِنِى وَعَافِنِى»

“Musab ibn Səd atasından ﵁ rəvayət edir ki, bir dəfə bir bədəvi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənə zikr edə biləcəyim bir kəlmə öyrət”. Peyğəmbər ﷺ dedi: “Beş dəfə de: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu:, Alla:hu Əkbər Kəbi:ran, valhəmdulillə:hi kəsi:ran, va subhə:n-Alla:hi Rabbil-a:ləmin, va lə: haulə va lə: quvvətə illə: billə:hil-Azi:zil-Həki:m!” Bədəvi dedi: “Bunlar Rəbbim üçündür, bəs mənim üçün olan nədir?” Peyğəmbər ﷺ dedi: “De: “Alla:hummə-ğfirli: varhəmni: varzuqni: vahdini: va a:fini:!”.”

Musab ibn Səd atasından
Səhih

Qeyd

Əhməd, 1561, 1581. Şueyb əl-Arnavut isnadını Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.

İstinad

Fəzilətli əməllər, 800 (Kitab 15, 121)

Fəzilətli əməllər — Dua və Zikr