Dua və Zikr

Əmirin zülmünə qarşı edilən dua

عَنْ أَبِي مِجْلَزٍ قَالَ: مَنْ خَافَ مِنْ أَمِيرٍ ظُلْمًا فَقَالَ: رَضِيت بِاللهِ رَبًّا وَبِالإِسْلامِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا وَبِالْقُرْآنِ حَكَمًا وَإِمَامًا أَنْجَاهُ اللَّهُ مِنْهُ.

“Rəvayət edilir ki, Əbu Micləz ﵁ demişdir: “Kim əmirin zülmündən qorxub: “Radi:tu billə:hi Rabbən va bil-İslə:mi di:nən va bi-Muhəmmədin nəbiyyən va bil-Qur'a:ni hukmən va imə:mən!”- desə, Allah onu əmirin zülmündən xilas edər”.”

Əbu Micləz
Səhih

Qeyd

İbn Əbu Şeybə “Musannəf” 29791. Hədis səhih-məvqufdur. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2239.

İstinad

Fəzilətli əməllər, 801 (Kitab 15, 122)

Fəzilətli əməllər — Dua və Zikr