Şirkin azından da, çoxundan da çəkinin!
سَمِعْتُ مَعْقِلَ بْنَ يَسَارٍ يَقُولُ: انْطَلَقْتُ مَعَ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا أَبَا بَكْرٍ، لَلشِّرْكُ فِيكُمْ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلِ، فَقَالَ أَبُو بَكْرٍ: وَهَلِ الشِّرْكُ إِلاَّ مَنْ جَعَلَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَلشِّرْكُ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلِ، أَلاَ أَدُلُّكَ عَلَى شَيْءٍ إِذَا قُلْتَهُ ذَهَبَ عَنْكَ قَلِيلُهُ وَكَثِيرُهُ؟ قَالَ: قُلِ: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ لِمَا لا أَعْلَمُ.
“Rəvayət edilir ki, Məqil ibn Yəsar ﵁ demişdir: “Mən Əbu Bəkr əs-Siddiq ﵁ ilə birlikdə Peyğəmbərin ﷺ yanına gəldim. O buyurdu: “Ey Əbu Bəkr, şirk (riya) sizin aranızda qarışqanın yerişindən də gizlindir”. Əbu Bəkr dedi: “Məgər şirk Allahla yanaşı başqa bir tanrı qəbul etmək deyilmi?” Peyğəmbər ﷺ dedi: “Canım Əlində Olana and olsun ki, şirk qarışqanın yerişindən də gizlindir. Sənə elə bir şey öyrədimmi ki, onu dediyin zaman şirkin azı da, çoxu da səndən uzaq olsun?” (Sonra sözünə davam edib) buyurdu: “De: “Alla:hummə inni: əu:zu bikə ən uşrikə bikə və ənə ə'ləmu va əstəğfirukə limə: lə: ə'ləmu!”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 716. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3731.
İstinad
Fəzilətli əməllər, 802 (Kitab 15, 123)
Fəzilətli əməllər — Dua və Zikr