Cənnəti vacib edən zikr
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىَّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ قَالَ رَضِيتُ بِاللَّهِ رَبًّا وَبِالإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نبيا وَجَبَتْ لَهُ الْجَنَّةُ»....«فأنا الزعيمُ, لآخذنّ بيدِه حتى أُدْخِلَه الجنّةَ».
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim: “Radi:tu billə:hi Rabbən, va bil-İslə:mi di:nən va bi-Muhəmmədin sallalla:hu aleyhi və səlləm nəbiyyən!”- deyərsə, Cənnət ona vacib olar”. Digər rəvayətdə deyilir: “...mən o kimsənin əlindən tutub Cənnətə daxil edəcəyimə zəmanət verirəm”.”
Qeyd
Əbu Nueym əl-Əsbəhəni “əl-Mə'rifətus-Sahabə” 5521; əl-Heysəmi “Məcməuz-Zəvaid” 17005. Hədis səhihdir. Bax: Silsilə əs-Səhih, 2686.
İstinad
Fəzilətli əməllər, 803 (Kitab 15, 124)
Fəzilətli əməllər — Dua və Zikr