“Bismilləh” kəlməsi
عَنْ أَبِي الْمَلِيح، عَنْ رَجُلٍ قَالَ: كُنْتُ رَدِيفَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَعَثَرَتْ دَابَتُهُ، فَقُلتُ: تَعِسَ الشَّيْطَانُ فَقَالَ: «لا تَقُلْ تَعِسَ الشَّيْطُانُ فَإِنَّكَ إِذَا قُلتَ ذَلِكَ تَعَاظَمَ حَتَّى يَكُونَ مِثلَ الَبَيتِ وَيَقُولُ: بِقُوَّتِي، وَلَكِن قُلْ: بِسْمِ اللهِ فَإِنَّكَ إِذَا قُلتَ ذَلِكَ تَصَاغَرَ حَتَّى يَكُونَ مِثلَ الذُّبَابِ».
“Əbul-Məlih ﵁ rəvayət edir ki, bir kişi dedi: “Mən Peyğəmbərin ﷺ miniyinin tərkində yol gedirdim. Birdən heyvanın ayağı sürüşdü. Mən: “Məhv olsun şeytan!”- dedim. Peyğəmbər ﷺ dedi: “Məhv olsun şeytan!”- demə, çünki sən bunu söylədikdə, o, ev boyda olana qədər şişir və deyir: “Bu iş mənim qüvvəmlə olur”. Lakin sən: “Allahın adı ilə (Bismilləh)”- de, çünki sən bunu söylədikdə, o, milçək boyda olana qədər kiçilir”.”
Qeyd
Əbu Davud, 4982, 4984. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7401.
İstinad
Fəzilətli əməllər, 804 (Kitab 15, 125)
Fəzilətli əməllər — Dua və Zikr