Dua və Zikr

Xəstəliyə qarşı edilən dualar

عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ كَانَ إِذَا اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَقَاهُ جِبْرِيلُ قَالَ بِاسْمِ اللَّهِ يُبْرِيكَ وَمِنْ كُلِّ دَاءٍ يَشْفِيكَ وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ وَشَرِّ كُلِّ ذِى عَيْنٍ.

“Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ xəstələndiyi zaman Cəbrail ﵇ ruqyə oxuyaraq deyərdi: “Bismillə:hi yubri:kə va min kulli də:in yəşfi:kə, va min şərri hə:sidin izə: həsəd, va şərri kulli zi: aynin!””

Aişə
Səhih

Qeyd

Muslim, 4055, 5828; İbn Macə, 3523.

İstinad

Fəzilətli əməllər, 780 (Kitab 15, 101)

Fəzilətli əməllər — Dua və Zikr