Dua və Zikr

Bu zikri deyənin günahları bağışlanar

عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ قَالَ: قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَا عَلِيُّ أَلا أُعَلِّمُكَ كَلِمَاتٍ إِذَا قُلْتَهُنَّ غُفِرَ لَكَ مَعَ أَنَّهُ مَغْفُورٌ لَكَ: لا إِلَهَ إِلَّااللهُ الْعَلِيُّ الْعَظِيمُ لا إِلَهَ إِلَّااللهُ الْحَلِيمُ الْكَرِيمُ سُبْحَانَ اللهِ رَبِّ السَّمَوَاتِ السَّبْعِ وَ رَبّ الْعَرْشِ الْعَظِيمِ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə dedi: “Ey Əli, sənə deyəcəyin təqdirdə günahların bağışlanacağı”- baxmayaraq ki, o, bağışlanmış bəndələrdəndir – “kəlmələr öyrədimmi? Lə: ilə:hə illəlla:hul-Aliyyul-Azi:m, lə: ilə:hə illəlla:hul-Həli:mul-Kəri:m, subhə:nAlla:hi Rabbis-səməvə:tis-səb'i va Rabbul-arşil-azi:m, vəlhəmdulillə:hi Rabbil-a:ləmi:n”.”

Əli ibn Əbu Talib
Səhih

Qeyd

İbn Hibban, 6928; əl-Bəzzər, 705. Şueyb əl-Arnavut hədisin səhih olduğunu bildirmişdir.

İstinad

Fəzilətli əməllər, 867 (Kitab 15, 188)

Fəzilətli əməllər — Dua və Zikr