Hansı dua daha tez qəbul olunur?
عَنْ أَبِى أُمَامَةَ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ أَىُّ الدُّعَاءِ أَسْمَعُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ وَدُبُرَ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ». عَنْ أَبِى ذَرٍّ وَابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «جَوْفُ اللَّيْلِ الآخِرُ الدُّعَاءُ فِيهِ أَفْضَلُ أَوْ أَرْجَى».
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisindən ﷺ soruşuldu: “Hansı dua daha tez qəbul olunur?” Allah Elçisi ﷺ buyurdu: “Gecənin axırında və fərz namazının sonunda edilən dua”. Əbu Zərr və İbn Ömər ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ buyurdu: “Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümidvericidir”.”
Qeyd
ət-Tirmizi, 3499, 3838. Hədis həsəndir. Bax: Səhih Sunən ət-Tirmizi, 2782.
İstinad
Fəzilətli əməllər, 684 (Kitab 15, 5)
Fəzilətli əməllər — Dua və Zikr