Dua və Zikr

Gecənin axırında edilən dua daha fəzilətlidir

عَنْ جَابِرٍ قَالَ سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ فِي اللَّيْلِ لَسَاعَةً لَا يُوَافِقُهَا رَجُلٌ مُسْلِمٌ يَسْأَلُ اللَّهَ خَيْرًا مِنْ أَمْرِ الدُّنْيَا وَالْآخِرَةِ إِلَّا أَعْطَاهُ إِيَّاهُ وَذَلِكَ كُلَّ لَيْلَةٍ

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həqiqətən, gecə elə bir vaxt var ki, müsəlman o vaxta yetişib Allahdan dünya və Axirətə aid xeyir istəyərsə, Allah ona istədiyini verər. Bu, hər gecə belədir”.”

Cabir
Səhih

Qeyd

Muslim, 757, 1259, 1806.

İstinad

Fəzilətli əməllər, 685 (Kitab 15, 6)

Fəzilətli əməllər — Dua və Zikr