Dua etməyin qaydası
عَنْ فَضَالَةَ بْنِ عُبَيْدٍ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدًا إِذْ دَخَلَ رَجُلٌ فَصَلَّى فَقَالَ اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى. فَقَالَ رَسُولُ اللَّهَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "عَجِلْتَ أَيُّهَا الْمُصَلِّى إِذَا صَلَّيْتَ فَقَعَدْتَ فَاحْمَدِ اللَّهَ بِمَا هُوَ أَهْلُهُ وَصَلِّ عَلَىَّ ثُمَّ ادْعُهُ". قَالَ ثُمَّ صَلَّى رَجُلٌ آخَرُ بَعْدَ ذَلِكَ فَحَمِدَ اللَّهَ وَصَلَّى عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "أَيُّهَا الْمُصَلِّى ادْعُ تُجَبْ"...عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: "إِنَّ الدُّعَاءَ مَوْقُوفٌ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَا يَصْعَدُ مِنْهُ شَيْءٌ حَتَّى تُصَلِّيَ عَلَى نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ"
“Rəvayət edilir ki, Fədalə ibn Ubeyd ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ məsciddə oturarkən bir kişi içəri daxil olub namaz qıldı və belə dua etdi: “Allahım, məni bağışla və mənə rəhm et!” Allah Elçisi ﷺ buyurdu: “Sən tələsdin, ey namaz qılan! Namaz qılıb oturduqda Allaha layiqincə həmd et, mənə salavat de, sonra dua et!” Bundan sonra başqa bir kişi namaz qıldı, Allaha həmd etdi və Peyğəmbərə ﷺ salavat etdi. Peyğəmbər ﷺ ona dedi: “Ey namaz qılan, dua et, duan qəbul olunacaq”. Digər rəvayətlərdə deyilir: Ömər ibn əl-Xattab buyurdu: “Dua göy ilə yer arasında dayanır. Peyğəmbərinə ﷺ salavat gətirməyənədək o duadan heç bir şey Allaha yüksəlməz”.”
Qeyd
ət-Tirmizi, 486. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1676.
İstinad
Fəzilətli əməllər, 686 (Kitab 15, 7)
Fəzilətli əməllər — Dua və Zikr