Dua etməyin qaydası
عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنْتُ أُصَلِّى وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ وَعُمَرُ مَعَهُ فَلَمَّا جَلَسْتُ بَدَأْتُ بِالثَّنَاءِ عَلَى اللَّهِ ثُمَّ الصَّلاَةِ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ دَعَوْتُ لِنَفْسِى فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «سَلْ تُعْطَهْ سَلْ تُعْطَهْ».
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Mən namaz qılırdım. Əbu Bəkr və Ömər Peyğəmbərlə ﷺ birlikdə idilər. Mən oturduqda Allaha həmd-səna etməyə başladım, sonra Peyğəmbərə ﷺ salavat gətirdim və sonra özüm üçün dua etdim. Peyğəmbər ﷺ buyurdu: “İstədiyini dilə, sənə veriləcək”.”
Qeyd
ət-Tirmizi, 593, 596. Hədis həsən-səhihdir. Bax: Mişkətul-Məsabih, 931.
İstinad
Fəzilətli əməllər, 687 (Kitab 15, 8)
Fəzilətli əməllər — Dua və Zikr