Dua və Zikr

Duaları çoxaldın!

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ فَأَكْثِرُوا الدُّعَاءَ"..."أَلاَ وَإِنِّى نُهِيتُ أَنْ أَقْرَأَ الْقُرْآنَ رَاكِعًا أَوْ سَاجِدًا, فَأَمَّا الرُّكُوعُ, فَعَظِّمُوا فِيهِ الرَّبَّ عَزَّ وَجَلَّ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِى الدُّعَاءِ, فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ".

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları çoxaldın!” Digər rəvayətdə deyilir: “Mənə rukuda və səcdədə Quran oxumaq qadağan edildi. Siz rukuda Rəbbi ﷿ təzim edin, səcdədə isə çoxlu dua edin. Belə etsəniz, dualarınız daha tez qəbul olunar”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 479, 738, 1102; Əbu Davud, 876; Əhməd, 1900.

İstinad

Fəzilətli əməllər, 709 (Kitab 15, 30)

Fəzilətli əməllər — Dua və Zikr