Bəlaya düçar olanı görərkən edilən dua
عَنْ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ رَأَى صَاحِبَ بَلاَءٍ فَقَالَ الْحَمْدُ لِلَّهِ الَّذِى عَافَانِى مِمَّا ابْتَلاَكَ بِهِ وَفَضَّلَنِى عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً إِلاَّ عُوفِىَ مِنْ ذَلِكَ الْبَلاَءِ كَائِنًا مَا كَانَ مَا عَاشَ».
“Ömər ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bəlaya düçar olmuş bir kimsəni gördükdə: “Əlhəmdulillə:hilləzi: a:fə:ni: mim-məbtələkə bihi va fəddaləni: alə: kəsi:rin mimmən xaləqa təfdi:lən!”- deyərsə, yaşadığı müddətdə o bəladan salamat olar”.”
Qeyd
ət-Tirmizi, 3431, 3760; İbn Macə, 3882. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 602.
İstinad
Fəzilətli əməllər, 782 (Kitab 15, 103)
Fəzilətli əməllər — Dua və Zikr