Dua və Zikr

Müsibət vaxtı deyilən dua

سَمِعَ أُمَّ سَلَمَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَا مِنْ عَبْدٍ تُصِيبُهُ مُصِيبَةٌ فَيَقُولُ إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ اللَّهُمَّ أْجُرْنِى فِى مُصِيبَتِى وَأَخْلِفْ لِى خَيْرًا مِنْهَا إِلاَّ أَجَرَهُ اللَّهُ فِى مُصِيبَتِهِ وَأَخْلَفَ لَهُ خَيْرًا مِنْهَا». قَالَتْ فَلَمَّا تُوُفِّىَ أَبُو سَلَمَةَ قُلْتُ كَمَا أَمَرَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْلَفَ اللَّهُ لِى خَيْرًا مِنْهُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Müsibətə düçar olub: “İnnə: lillə:hi va innə: ileyhi ra:ciu:n. Alla:hummə əcirni: fi: musi:bəti: vaxlufli: xayran minhə:!”- deyən elə bir qul yoxdur ki, Allah onu müsibətinə görə mükafatlandırmasın və ondan daha xeyirli olanı ilə əvəz etməsin”. Əbu Sələmə vəfat etdiyi vaxt Allah Elçisinin ﷺ mənə buyurduğu kimi dedim və Allah onu mənə ondan da xeyirli olan Allah Elçisi ﷺ ilə əvəz etdi”.”

Ummu Sələmə
Səhih

Qeyd

Muslim, 1525, 2166.

İstinad

Fəzilətli əməllər, 807 (Kitab 15, 128)

Fəzilətli əməllər — Dua və Zikr