Yüz təsbihə min savab!
حَدَّثَنِى مُصْعَبُ بْنُ سَعْدٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِجُلَسَائِهِ «أَيَعْجِزُ أَحَدُكُمْ أَنْ يَكْسِبَ أَلْفَ حَسَنَةٍ». فَسَأَلَهُ سَائِلٌ مِنْ جُلَسَائِهِ كَيْفَ يَكْسِبُ أَحَدُنَا أَلْفَ حَسَنَةٍ قَالَ «يُسَبِّحُ أَحَدُكُمْ مِائَةَ تَسْبِيحَةٍ تُكْتَبُ لَهُ أَلْفُ حَسَنَةٍ وَتُحَطُّ عَنْهُ أَلْفُ سَيِّئَةٍ».
“Musab ibn Səd atasından ﵁ rəvayət edərək belə demişdir: “Allah Elçisi ﷺ yanında oturanlara buyurdu: “Sizdən biriniz min savab qazanmağa acizsiniz?” Yanında oturanlardan biri soruşdu: “Biz min savabı necə qazana bilərik?” Allah Elçisi ﷺ buyurdu: “Biriniz yüz dəfə “təsbih” etdikdə (Subhən-Allah dedikdə), onun üçün min savab yazılar və min günahı silinər”.”
Qeyd
ət-Tirmizi, 3463, 3799. Hədis səhihdir. Bax: Səhih Sunən ət-Tirmizi, 2756.
İstinad
Fəzilətli əməllər, 849 (Kitab 15, 170)
Fəzilətli əməllər — Dua və Zikr