Təsbih, təhlil və təhmid – Ərşin ətrafında
عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ مِمَّا تَذْكُرونَ مِنْ جَلالِ اللهِ التَّسْبِيحَ وَالتَّهْلِيلَ وَالتَّحْمِيدَ، يَنْعَطِفْنَ حَولَ الْعَرشِ، لَهُنَّ دَوِيٌّ كَدَوِيِّ النَّحْلِ، تُذَكِّرُ بِصَاحِبِهَا، أَمَا يُحِبُّ أَحَدُكُمْ أَنْ يَكُونَ لَهُ أَوْ: لاَ يَزَالُ لَهُ مَنْ يُذَكِّرُ بِهِ».
“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, söylədiyiniz təsbih (Subhən-Allah), təhlil (Lə iləhə illəllah) və təhmid (Əlhəmdulilləh) kəlmələri Allahın ucalığını ifadə edən zikrlərdir. Onlar Ərşin ətrafında fırlanır, bal arısının vızıltısı kimi səsləri olur və öz sahiblərini yad edirlər (yəni onları zikr edənlərin adını çəkir və Allah yanında onun üçün şahidlik edirlər). İstəmirsiniz ki, sizin adınızı davamlı şəkildə zikr edənlər olsun?!””
Qeyd
İbn Macə, 3809, 3941. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3358.
İstinad
Fəzilətli əməllər, 850 (Kitab 15, 171)
Fəzilətli əməllər — Dua və Zikr