Təsbih, təhlil və təhmid – Ərşin ətrafında
عَنْ أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنّ النَّبِيَّ صلى الله عليه وسلم قَالَ : إِذَا قَالَ الْعَبْدُ سُبْحَانَ اللهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا وَإِذَا قَالَ الْحَمْدُ لِلَّهِ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا لِعَبْدِي رَحْمَتِي كَثِيرًا فَإِذَا قَالَ لاَ إِلَهَ إِلا اللَّهُ قَالَ اكْتُبُوا لِعَبْدِي مَحَبَّتِي كَثِيرًا
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bəndə “Subhən-Allah” dedikdə, Allah ﷿ buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Əlhəmdulilləh”- dedikdə, Allah ﷿ buyurur: “Quluma rəhmətimi çox yazın!” O: “Lə iləhə illəllah”- dedikdə, Allah ﷿ buyurur: “Quluma sevgimi çox yazın!””
Qeyd
ət-Tabərani “əd-Dua” 1685. Hədis həsən li-ğeyrihidir. Bax: Silsilə əs-Səhihə, 3452.
İstinad
Fəzilətli əməllər, 851 (Kitab 15, 172)
Fəzilətli əməllər — Dua və Zikr