Cəhənnəmdən sığınıb Cənnəti istəyən
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا اسْتَجَارَ عَبْدٌ مِنَ النَّارِ سَبْعَ مَرَّاتٍ فِي يَوْمٍ إِلاَّ قَالَتْ النَّارُ: يَا رَبِّ! إِنَّ عَبْدَكَ فُلاَناً قَدْ اسْتَجَارَكَ مِنِّي فَأَجِرْهُ، وَلاَ يَسأَلُ الله عَبْد الْجَنَّةَ فِي يَوْمٍ سَبْعَ مَرَّاتٍ إِلاَّ قَالَتْ الْجَنَّةُ: يَا رَبِّ! إِنَّ عَبْدَكَ فُلاَناً سَأَلَنِي فَأَدْخِلْهُ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qul bir gündə yeddi dəfə Cəhənnəmdən qorunmağını istəsə, Cəhənnəm belə deyər: “Ya Rəbb, Sənin filan qulun məndən Sənə sığındı, onu qoru!” Həmçinin qul bir gündə yeddi dəfə Allahdan Cənnəti istəsə, Cənnət belə deyər: “Ya Rəbb, Sənin filan qulun məni istədi, onu (Cənnətə) daxil et!””
Qeyd
İshaq ibn Rahaveyh, 213; ət-Tayəlisi, 2702; Əbu Yalə, 6192. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2506.
İstinad
Fəzilətli əməllər, 716 (Kitab 15, 37)
Fəzilətli əməllər — Dua və Zikr