Peyğəmbərə ﷺ edilən salavatın fəziləti
سَمِعْتُ أَنَسًا، وَمَالِكَ بْنَ أَوْسِ بْنِ الْحَدَثَانِ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ يَتَبَرَّزُ فَلَمْ يَجِدْ أَحَدًا يَتْبَعُهُ، فَخَرَجَ عُمَرُ فَاتَّبَعَهُ بِفَخَّارَةٍ أَوْ مِطْهَرَةٍ، فَوَجَدَهُ سَاجِدًا فِي مِسْرَبٍ، فَتَنَحَّى فَجَلَسَ وَرَاءَهُ، حَتَّى رَفَعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأْسَهُ فَقَالَ: «أَحْسَنْتَ يَا عُمَرُ حِينَ وَجَدْتَنِي سَاجِدًا فَتَنَحَّيْتَ عَنِّي، إِنَّ جِبْرِيلَ جَاءَنِي فَقَالَ: مَنْ صَلَّى عَلَيْكَ وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا ، وَرَفَعَ لَهُ عَشْرَ دَرَجَاتٍ».
“Ənəs və Malik ibn Ovs əl-Hədəsan ﵄ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ subaşına çıxdı və kimsənin onu təqib etdiyini görmədi. Bu əsnada Ömər cürdək, yaxud aftafa götürüb onun arxasınca getdi. Ömər onu su hovuzunun yanında səcdəyə qapanmış gördü. Ömər geri çəkilib onun arxa tərəfində oturdu. Nəhayət, o, başını səcdədən qaldırıb dedi: “Əhsən sənə, ey Ömər! Mənim səcdəyə qapandığımı görüb məndən aralandın. Cəbrail ﵇ yanıma gəlib dedi: “Kim sənə bir salavat desə, Allah ona on salavat yetirər və onun üçün on dərəcə yüksəldər”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 642. Hədis həsəndir. Bax: Səhih Ədəbul-Mufrad, 499.
İstinad
Fəzilətli əməllər, 715 (Kitab 15, 36)
Fəzilətli əməllər — Dua və Zikr