Dua və Zikr

Cəhənnəmdən sığınıb Cənnəti istəyən

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «مَنْ سَأَلَ اللَّهَ الْجَنَّةَ ثَلاَثَ مَرَّاتٍ قَالَتِ الْجَنَّةُ اللَّهُمَّ أَدْخِلْهُ الْجَنَّةَ. وَمَنِ اسْتَجَارَ مِنَ النَّارِ ثَلاَثَ مَرَّاتٍ قَالَتِ النَّارُ اللَّهُمَّ أَجِرْهُ مِنَ النَّارِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Allahdan üç dəfə Cənnəti istəyərsə, Cənnət deyər: “Allahım, onu Cənnətə daxil et!” Kim də Allahdan üç dəfə Cəhənnəmdən qorunmağını istəyərsə, Cəhənnəm deyər: “Allahım, onu Cəhənnəmdən qoru!””

Ənəs ibn Malik
Səhih

Qeyd

ət-Tirmizi, 2572, 2772. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6275.

İstinad

Fəzilətli əməllər, 717 (Kitab 15, 38)

Fəzilətli əməllər — Dua və Zikr