Dua və Zikr

Lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r

عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ قَالَ: سُبْحَانَ اللهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ بَدَنَةٍ، وَمَنْ قَالَ: الْحَمْدُ لِلَّهِ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ، وَقَبْلَ غُرُوبِهَا كَانَ أَفْضَلَ مِنْ مِائَةِ فَرَسٍ يُحْمَلُ عَلَيْهَا، وَمَنْ قَالَ: اللَّهُ أَكْبَرُ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا، كَانَ أَفْضَلَ مِنْ عِتْقِ مِائَةِ رَقَبَةٍ، وَمَنْ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ مِائَةَ مَرَّةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا، لَمْ يَجِئْ يَوْمَ الْقِيَامَةِ أَحَدٌ بِعَمَلٍ أَفْضَلَ مِنْ عَمَلِهِ إِلاَّ مَنْ قَالَ قَوْلَهُ أَوْ زَادَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ buyurdu: “Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Subhən-Allah”- deyərsə, bu, yüz qurbanlıq heyvandan daha əfzəldir. Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Əlhəmdulilləh”- deyərsə, bu, yüz atı (Allah yolunda) istifadəyə verməkdən daha əfzəldir. Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Allahu Əkbər”- deyərsə, bu, yüz qul azad etməkdən əfzəldir. Kim günəş çıxmadan və batmadan əvvəl yüz dəfə “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Qiyamət günü onun bu dediyinə bərabər və ya artıq deyəndən başqa heç kəs onun gətirdiyi əməldən daha əfzəl əməl gətirə bilməz”.”

Amr ibn Şueyb atasından və babasından
Həsən

Qeyd

ən-Nəsəi “Sunənul-Kubra” 10657. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 658.

İstinad

Fəzilətli əməllər, 817 (Kitab 15, 138)

Fəzilətli əməllər — Dua və Zikr