Dua və Zikr

Lə: ilə:hə illəlla:hu, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r

عَنْ عُمَارَةَ بْنِ شَبِيبٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَالَ: لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمْيتُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِير، عَشْرَ مَرَّاتٍ عَلَى إِثْرِ الْمَغْرِبِ، بَعَثَ اللهَ لَهُ مَسْلَحهً يَحْفَظُونَهُ مِنَ الشَّيْطَانِ حَتَّى يُصْبِحَ، وَكَتَبَ اللهُ لَهُ بَهَا عَشْرَ حَسَنَاتٍ مُوجِبَاتٍ وَمَحَى عَنْهُ عَشْرَ سَيِّئاتٍ مُوْبِقَاتٍ وَكَانَتْ لَهُ بِعَدْلِ عَشْرِ رِقَابٍ مُؤْمِنَاتٍ».

“Rəvayət edilir ki, Uməra ibn Şəbib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim məğribdən sonra on dəfə: “Lə: ilə:hə illəlla:hu vahdəhu: lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi: va yumi:tu va huvə alə: kulli şey in qadi:r!”- deyərsə, Allah onu səhərədək şeytandan qoruyan silahlı mühafizəçilər göndərər, onun üçün (Cənnəti) vacib edən on savab yazılar, onu həlak edən on günahı silinər və ona on möminə köləni azad etməyə bərabər savab verilər”.”

Uməra ibn Şəbib
Səhih

Qeyd

ət-Tirmizi, 3534, 3877. Hədis həsən-səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1/160/472.

İstinad

Fəzilətli əməllər, 819 (Kitab 15, 140)

Fəzilətli əməllər — Dua və Zikr