Dua və Zikr

Subhə:n-Allah, əlhəmdulilləh, lə: ilə:hə illəllah və Alla:hu əkbər

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ وَأَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ اصْطَفَى مِنَ الْكَلاَمِ أَرْبَعاً سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ وَاللَّهُ أَكْبَرُ فَمَنْ قَالَ سُبْحَانَ اللَّهِ كَتَبَ اللَّهُ لَهُ عِشْرِينَ حَسَنَةً أَوْ حَطَّ عَنْهُ عِشْرِينَ سَيِّئَةً وَمَنْ قَالَ اللَّهُ أَكْبَرُ فَمِثْلُ ذَلِكَ وَمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَمِثْلُ ذَلِكَ وَمَنْ قَالَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ مِنْ قِبَلِ نَفْسِهِ كُتِبَتْ لَهُ ثَلاَثُونَ حَسَنَةً وَحُطَّ عَنْهُ ثَلاَثُونَ سَيِّئَةً».

“Əbu Səid əl-Xudri və Əbu Hureyra ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah (Öz qulları üçün) dörd kəlmə seçmişdir: “Subhən-Allah, vəlhəmdulilləh, va lə iləhə illəllah, Vallahu Əkbər”. Kim “Subhən-Allah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Allahu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə iləhə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Əlhəmdulillə:hi Rabbil-a:ləmi:n!”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər”.”

Əbu Səid əl-Xudri və Əbu Hureyra
Səhih

Qeyd

Əhməd, 7999, 11610. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1718.

İstinad

Fəzilətli əməllər, 835 (Kitab 15, 156)

Fəzilətli əməllər — Dua və Zikr