Dua və Zikr

Müsəlman qardaşına etdiyin duaya “Amin” deyən var

عَنْ صَفْوَانَ بْنِ عَبْدِ اللَّهِ بْنِ صَفْوَانَ، وَكَانَتْ تَحْتَهُ الدَّرْدَاءُ بِنْتُ أَبِي الدَّرْدَاءِ، قَالَ: قَدِمْتُ عَلَيْهِمُ الشَّامَ، فَوَجَدْتُ أُمَّ الدَّرْدَاءِ فِي الْبَيْتِ، وَلَمْ أَجِدْ أَبَا الدَّرْدَاءِ، قَالَتْ: أَتُرِيدُ الْحَجَّ الْعَامَ؟ قُلْتُ: نَعَمْ، قَالَتْ: فَادْعُ اللَّهَ لَنَا بِخَيْرٍ، فَإِنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ: «إِنَّ دَعْوَةَ الْمَرْءِ الْمُسْلِمِ مُسْتَجَابَةٌ لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ، عِنْدَ رَأْسِهِ مَلَكٌ مُوَكَّلٌ، كُلَّمَا دَعَا لِأَخِيهِ بِخَيْرٍ قَالَ: آمِينَ، وَلَكَ بِمِثْلٍ». قَالَ: فَلَقِيتُ أَبَا الدَّرْدَاءِ فِي السُّوقِ فَقَالَ مِثْلَ ذَلِكَ، يَأْثُرُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ....«دُعَاءُ الأَخِ لأَخِيهِ بِظَهْرِ الْغَيْبِ لاَ يُرَدُّ».

“Əbu əd-Dərdənin ﵁ kürəkəni Səfvan ibn Abdullah ibn Səfvan ﵀ demişdir: “Mən Şama yoldaşımın ailəsinə baş çəkməyə gəldikdə Ummu Dərdənin evdə olduğunu gördüm. Əbu Dərdə isə evdə yox idi. Ummu Dərdə məndən: “Bu il həcc ziyarətinə getmək fikrin varmı?”– deyə soruşdu. Mən: “Bəli!”– deydim. O buyurdu: “Elə isə, bizim üçün Allaha xeyirli dualar et! Çünki Peyğəmbər ﷺ deyərdi: “Müsəlman bəndənin yanında olmayan qardaşı üçün etdiyi dua qəbuldur. Belə ki, dua edən adamın başı üzərində təyin olunmuş bir mələk var. Adam hər dəfə qardaşı üçün dua edib xeyir dilədikdə mələk: “Amin, sənə də onun misli qədər yetişsin!”- deyər”. Sonra mən bazarda Əbu Dərdə ilə rastlaşdım. O da bunu mənə Peyğəmbərdən ﷺ eynilə rəvayət etdi”. Digər rəvayətdə deyilir: “Müsəlman qardaşın yanında olmayan qardaşı üçün etdiyi dua rədd edilməz”.”

Əbu əd-Dərdə
Səhih

Qeyd

əl-Bəzzər, 3577. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3379.

İstinad

Fəzilətli əməllər, 691 (Kitab 15, 12)

Fəzilətli əməllər — Dua və Zikr