Dua və Zikr

Zikr etməyin fəziləti

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «لأَنْ أَقْعُدَ مَعَ قَوْمٍ يَذْكُرُونَ اللَّهَ تَعَالَى مِنْ صَلاَةِ الْغَدَاةِ حَتَّى تَطْلُعَ الشَّمْسُ أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أُعْتِقَ أَرْبَعَةً مِنْ وَلَدِ إِسْمَاعِيلَ وَلأَنْ أَقْعُدَ مَعَ قَوْمٍ يَذْكُرُونَ اللَّهَ مِنْ صَلاَةِ الْعَصْرِ إِلَى أَنْ تَغْرُبَ الشَّمْسُ أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أُعْتِقَ أَرْبَعَةً».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sübh namazından gün çıxana qədər Uca Allahı zikr edən camaatla oturmaq, mənim üçün İsmayıl övladından dörd qulu azad etməkdən daha sevimlidir. Həmçinin Əsr namazından gün batana qədər Allahı zikr edən camaatla oturmaq, mənim üçün dörd qul azad etməkdən daha sevimlidir“.”

Ənəs ibn Malik
Həsən

Qeyd

Əbu Davud, 3667, 3669. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2916.

İstinad

Fəzilətli əməllər, 730 (Kitab 15, 51)

Fəzilətli əməllər — Dua və Zikr