Dua və Zikr

Dilin Allahın zikrindən qurumasın!

عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ أَنَّ رَجُلاً قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ شَرَائِعَ الإِسْلاَمِ قَدْ كَثُرَتْ عَلَىَّ فَأَخْبِرْنِى بِشَىْءٍ أَتَشَبَّثُ بِهِ. قَالَ «لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ».

“Abdullah ibn Busr ﵁ rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın Elçisi, İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk yapışım”. Peyğəmbər ﷺ buyurdu: “Çalış, dilin daim Allahı zikr etməklə islaq qalsın!””

Abdullah ibn Busr
Səhih

Qeyd

ət-Tirmizi, 3375, 3702. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7700.

İstinad

Fəzilətli əməllər, 734 (Kitab 15, 55)

Fəzilətli əməllər — Dua və Zikr