Xəstəliyə və insanların əziyyətlərinə səbir etməyin mükafatı
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: جَاءَتِ امْرَأَةٌ بِهَا لَمَمٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَتْ: يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ لي، فَقَالَ: إِنْ شِئْتِ دَعَوْتُ اللَّهَ لَكِ فَشَفَاكَ، وَإِنْ شِئْتِ صبرت وَلاَ حِسَابَ عَلَيْكِ فَقَالَتْ: بَلْ أَصْبِرُ وَلاَ حِسَابَ عَلَيَّ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ürəkgetmədən əziyyət çəkən bir qadın Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim üçün Allaha dua et!” O buyurdu: “İstəyirsənsə, Allaha dua edim, O da sənə şəfa versin. İstəyirsənsə, səbir et, (Cənnətə girmək üçün) sənə sorğu-sual olmaz”. Qadın dedi: “Mənə sorğu-sual olmasın deyə səbir edərəm”.”
Qeyd
əl-Bəzzər, 7980; İbn Hibban, 2909. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3419.
İstinad
Fəzilətli əməllər, 877 (Kitab 16, 10)
Fəzilətli əməllər — Səbir və Şükür