Fəzilətli əməllərSəbir və Şükür

Kitab 16

Səbir və Şükür

36

hədis

Fəsil 1

Ən üstün iman

عَنِ الْحَسَنِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَفْضَلُ الْإِيمَانِ الصَّبْرُ وَالسَّمَاحَةُ».

“Rəvayət edilir ki, Həsən ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ən üstün iman səbir və səxavətdir”.”

Həsən
SəhihFəzilətli əməllər, 868 (Kitab 16, 1)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 10344, 10838. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1097.

Fəsil 2

Sarsıntının ilk anında olan səbir

عَنْ أَبِى أُمَامَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ سُبْحَانَهُ ابْنَ آدَمَ إِنْ صَبَرْتَ وَاحْتَسَبْتَ عِنْدَ الصَّدْمَةِ الأُولَى لَمْ أَرْضَ لَكَ ثَوَابًا دُونَ الْجَنَّةِ»

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷾ buyurur: “Ey Adəm oğlu! Əgər sən sarsıntının ilk anında səbir edib savab umarsansa, sənin üçün Cənnətdən başqa mükafata razı olmaram”.”

Əbu Umamə
HəsənFəzilətli əməllər, 869 (Kitab 16, 2)

Qeyd

İbn Macə, 1586, 1597. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1758.

Fəsil 3

Hövsələli olmaq Allahdandır

عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«التأَنِّي مِنَ الله وَالْعَجَلَةُ مِنَ الشَّيْطَانِ، وَمَا شَيءٌ أكْثَرُ مَعَاذِيرَ مِنَ اللهِ، وَمَا مِنْ شَيءٍ أَحَبُّ إِلَى اللهِ مِنَ الْحَمْدِ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hövsələli olmaq Allahdan, tələsmək isə şeytandandır. Allahdan daha çox üzr qəbul edən yoxdur. Həmd etməkdən daha çox Allaha sevimli olan bir şey yoxdur”.”

Ənəs ibn Malik
HəsənFəzilətli əməllər, 870 (Kitab 16, 3)

Qeyd

Əbu Yalə, 4256. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1572, 2677.

عَنْ عَبْدِ اللهِ بْنِ سَرْجِسَ الْمُزَنِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: التُّؤَدَةُ وَالِاقْتصَادُ وَالسَّمْتُ الْحَسَنُ جُزْءٌ مِنْ أَرْبَعَةٍ وَعِشْرِينَ جُزْءًا مِنَ النُّبُوَّةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Sərcis əl-Muzəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Tələsməmək və gözəl görünüşlü olmaq peyğəmbərliyin iyirmi dörd hissəsindən biridir”.”

Abdullah ibn Sərcis əl-Muzəni
SəhihFəzilətli əməllər, 871 (Kitab 16, 4)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 1017. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3010.

Fəsil 4

Üç qızı olan və onlara yaxşı baxanın fəziləti

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ كَانَ لَهُ ثَلاَثُ بَنَاتٍ فَصَبَرَ عَلَيْهِنَّ وَأَطْعَمَهُنَّ وَسَقَاهُنَّ وَكَسَاهُنَّ مِنْ جِدَتِهِ - كُنَّ لَهُ حِجَابًا مِنَ النَّارِ يَوْمَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Uqbə bin Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Üç qızı olan kimsə qızlarına qarşı səbirli olarsa, onları imkanı daxilində yedirdib-içirdər və geyindirərsə, Qiyamət günü qızları Cəhənnəmlə onun arasında pərdə olarlar”.”

Uqbə bin Amir
SəhihFəzilətli əməllər, 872 (Kitab 16, 5)

Qeyd

İbn Macə, 3669, 3800; Əhməd 17403, 17865. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6488.

أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ حَدَّثَهُمْ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ كَانَ لَهُ ثَلاَثُ بَنَاتٍ، يُؤْوِيهِنَّ، وَيَكْفِيهِنَّ، وَيَرْحَمُهُنَّ، فَقَدْ وَجَبَتْ لَهُ الْجَنَّةُ الْبَتَّةَ، فَقَالَ رَجُلٌ مِنْ بَعْضِ الْقَوْمِ: وَثِنْتَيْنِ، يَا رَسُولَ اللَّهِ؟ قَالَ: وَثِنْتَيْنِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ dedi: “Kimin üç qızı olsa, sonra o bu qızları himayə etsə, onların qayğısına qalsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq ona mütləq vacib olar”. Camaatın arasında olan bir adam soruşdu: “Ey Allahın Elçisi, iki qızı olana da?” O, dedi: “İki qızı olana da!””

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 873 (Kitab 16, 6)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 78. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1026.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: لاَ يَكُونُ لأَحَدٍ ثَلاَثُ بَنَاتٍ، أَوْ ثَلاَثُ أَخَوَاتٍ، فَيُحْسِنُ إِلَيْهِنَّ، إِلاَّ دَخَلَ الْجَنَّةَ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir kimsə yoxdur ki, onun üç qızı və ya üç bacısı olsun, onlara yaxşı baxsın və Cənnətə daxil olmasın”.”

Əbu Səid
HəsənFəzilətli əməllər, 874 (Kitab 16, 7)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 79. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 294.

عَنْ عَائِشَةَ قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْسَ أَحَدٌ مِنْ أُمَّتِي يَعُولُ ثَلاَثَ بَنَاتٍ أَوْ ثَلاَثَ أَخَوَاتٍ فَيُحْسِنُ إِلَيْهِنَّ إِلاَّ كُنَّ لَهُ سِتْراً مِنَ النَّارِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən hər kim üç qızının və ya üç bacısının qeydinə qalarsa, bunlar onun üçün Cəhənnəmə qarşı bir maneə olarlar”.”

Aişə
SəhihFəzilətli əməllər, 875 (Kitab 16, 8)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 11023. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5372.

عَنْ أَنَسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم : مَنْ كَانَ لَهُ ثَلاَثُ بَنَاتٍ أَوْ ثَلاَثُ أَخَوَاتٍ ، فَاتَّقَى اللَّهَ ، وَأَقَامَ عَلَيْهِنَّ ، كَانَ مَعِي فِي الْجَنَّةِ هَكَذَا وَأَوْمَأَ بِالسَّبَّاحَةِ وَالْوُسْطَى.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ orta barmağı ilə şəhadət barmağını yan-yana, azacıq aralı tutub buyurdu: “Üç qızı və ya üç bacısı olan kimsə Allahdan qorxub onların qeydinə qalsa, Cənnətdə mənə (bu cür) yaxın olar”.”

Ənəs
SəhihFəzilətli əməllər, 876 (Kitab 16, 9)

Qeyd

Əbu Yalə, 3448. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 295.

Fəsil 5

Xəstəliyə və insanların əziyyətlərinə səbir etməyin mükafatı

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: جَاءَتِ امْرَأَةٌ بِهَا لَمَمٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَتْ: يَا رَسُولَ اللَّهِ ادْعُ اللَّهَ لي، فَقَالَ: إِنْ شِئْتِ دَعَوْتُ اللَّهَ لَكِ فَشَفَاكَ، وَإِنْ شِئْتِ صبرت وَلاَ حِسَابَ عَلَيْكِ فَقَالَتْ: بَلْ أَصْبِرُ وَلاَ حِسَابَ عَلَيَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ürəkgetmədən əziyyət çəkən bir qadın Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim üçün Allaha dua et!” O buyurdu: “İstəyirsənsə, Allaha dua edim, O da sənə şəfa versin. İstəyirsənsə, səbir et, (Cənnətə girmək üçün) sənə sorğu-sual olmaz”. Qadın dedi: “Mənə sorğu-sual olmasın deyə səbir edərəm”.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 877 (Kitab 16, 10)

Qeyd

əl-Bəzzər, 7980; İbn Hibban, 2909. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3419.

عَنِ ابْنِ عُمَرَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: الْمُؤْمِنُ الَّذِي يُخَالِطُ النَّاسَ، وَيَصْبِرُ عَلَى أَذَاهُمْ، خَيْرٌ مِنَ الَّذِي لاَ يُخَالِطُ النَّاسَ، وَلاَ يَصْبِرُ عَلَى أَذَاهُمْ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “İnsanlarla qaynayıb-qarışan və onların əziyyətlərinə səbir edən mömin, insanlara qaynayıb-qarışmayan və onların əziyyətlərinə dözməyən kimsədən daha xeyirlidir”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 878 (Kitab 16, 11)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 388; İbn Macə, 4032; Əhməd, 5022. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 939.

Fəsil 6

Allahın nemətlərinə şükür etmək

عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا أَنْعَمَ اللهُ عَلَى عَبْدٍ نِعْمَهً فَقَالَ: الْحَمْدُ للهِ إَلاَّ كَانَ الَّذِي أَعْطَاهُ أَفْضَلُ مِمَّا أَخَذَ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah qula bir nemət verdikdə, o: “Əlhəmdulilləh”- deyərsə, qulun (bu nemətə görə) həmd etməsi, əldə etdiyi nemətdən daha xeyirlidir”.”

Ənəs
HəsənFəzilətli əməllər, 879 (Kitab 16, 12)

Qeyd

İbn Macə, 3805, 3937. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5562.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أُبْلِيَ بَلاَءً فَذَكَرَهُ فَقَدْ شَكَرَهُ، وَإِنْ كَتَمَهُ فَقَدْ كَفَرَهُ».

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kimə bir nemət verilər və o, bu neməti dilə gətirərsə, şükür etmiş olar, onu dilə gətirməzsə, nankorluq etmiş olar”.”

Cabir ibn Abdullah
SəhihFəzilətli əməllər, 880 (Kitab 16, 13)

Qeyd

Əbu Davud, 4814, 4816. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 618.

عَنْ سِنَانِ بْنِ سَنَّةَ الأَسْلَمِىِّ صَاحِبِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «الطَّاعِمُ الشَّاكِرُ لَهُ مِثْلُ أَجْرِ الصَّائِمِ الصَّابِرِ».

“Peyğəmbərin ﷺ səhabələrindən olan Sinan ibn Sənnə əl-Əsləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Yemək yeyərək şükür edən səbir edərək oruc tutanın savabının mislini qazanır”.”

Sinan ibn Sənnə əl-Əsləmi
SəhihFəzilətli əməllər, 881 (Kitab 16, 14)

Qeyd

İbn Macə, 1765, 1837. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3943.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ اللَّهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الأَكْلَةَ أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدَهُ عَلَيْهَا».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Həqiqətən, yeyib-içdikdən sonra Allaha həmd edən qulundan Allah razı olur”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 882 (Kitab 16, 15)

Qeyd

ət-Tirmizi, 1816, 1929; Muslim, 4915, 7108.

عَنْ سَلَمَةَ بْنِ عُبَيْدِ اللَّهِ بْنِ مِحْصَنٍ الأَنْصَارِيِّ، عَنْ أَبِيهِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أَصْبَحَ آمِنًا فِي سِرْبِهِ، مُعَافًى فِي جَسَدِهِ، عِنْدَهُ طَعَامُ يَوْمِهِ، فَكَأَنَّمَا حِيزَتْ لَهُ الدُّنْيَا».

“Ubeydullah ibn Mihsan əl-Ənsari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim əmin-amanlıq içində, canı sağlam, yanında da həmin günün yeməyi olduğu halda səhərə çıxmışsa, ona sanki dünya bəxş edilmişdir”.”

Sələmə ibn Ubeydullah ibn Mihsan əl-Ənsari atasından
SəhihFəzilətli əməllər, 883 (Kitab 16, 16)

Qeyd

ət-Tirmizi, 2346, 2517. əl-Buxari “Ədəbul-Mufrad” 300. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2318.

عَنْ فُضَالَةَ بْنِ عُبَيْدٍ أَنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «طُوبَى لِمَنْ هُدِيَ للإِسْلاَمِ وَكَانَ عَيْشُهُ كَفَافاً وَقَنَعَ».

“Rəvayət edilir ki, Fədalə ibn Ubeyd ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “İslama hidayət olunan, güzəranı ona kifayət edən və qane olan kimsəyə xoş olsun!””

Fədalə ibn Ubeyd
SəhihFəzilətli əməllər, 884 (Kitab 16, 17)

Qeyd

ət-Tirmizi, 2349, 2522. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3931.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَدْ أَفْلَحَ مَنْ أَسْلَمَ وَرُزِقَ كَفَافًا وَقَنَّعَهُ اللَّهُ بِمَا آتَاهُ».

“Abdullah ibn Amr ibn əl-As ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman olan, kifayət qədər ruzi verilən və Allahın verdiyinə qane olan kəs nicata çatmışdır”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihFəzilətli əməllər, 885 (Kitab 16, 18)

Qeyd

Əhməd, 6572, 6729. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4368.

عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِنَّ ثَلاَثَةً فِى بَنِى إِسْرَائِيلَ أَبْرَصَ وَأَقْرَعَ وَأَعْمَى بَدَا لِلَّهِ أَنْ يَبْتَلِيَهُمْ، فَبَعَثَ إِلَيْهِمْ مَلَكًا، فَأَتَى الأَبْرَصَ. فَقَالَ أَىُّ شَىْءٍ أَحَبُّ إِلَيْكَ قَالَ لَوْنٌ حَسَنٌ وَجِلْدٌ حَسَنٌ، قَدْ قَذِرَنِى النَّاسُ. قَالَ فَمَسَحَهُ، فَذَهَبَ عَنْهُ، فَأُعْطِىَ لَوْنًا حَسَنًا وَجِلْدًا حَسَنًا. فَقَالَ أَىُّ الْمَالِ أَحَبُّ إِلَيْكَ قَالَ الإِبِلُ - أَوْ قَالَ الْبَقَرُ هُوَ شَكَّ فِى ذَلِكَ، إِنَّ الأَبْرَصَ وَالأَقْرَعَ، قَالَ أَحَدُهُمَا الإِبِلُ، وَقَالَ الآخَرُ الْبَقَرُ - فَأُعْطِىَ نَاقَةً عُشَرَاءَ. فَقَالَ يُبَارَكُ لَكَ فِيهَا. وَأَتَى الأَقْرَعَ فَقَالَ أَىُّ شَىْءٍ أَحَبُّ إِلَيْكَ قَالَ شَعَرٌ حَسَنٌ، وَيَذْهَبُ عَنِّى هَذَا، قَدْ قَذِرَنِى النَّاسُ. قَالَ فَمَسَحَهُ فَذَهَبَ، وَأُعْطِىَ شَعَرًا حَسَنًا. قَالَ فَأَىُّ الْمَالِ أَحَبُّ إِلَيْكَ قَالَ الْبَقَرُ. قَالَ فَأَعْطَاهُ بَقَرَةً حَامِلاً، وَقَالَ يُبَارَكُ لَكَ فِيهَا. وَأَتَى الأَعْمَى فَقَالَ أَىُّ شَىْءٍ أَحَبُّ إِلَيْكَ قَالَ يَرُدُّ اللَّهُ إِلَىَّ بَصَرِى، فَأُبْصِرُ بِهِ النَّاسَ. قَالَ فَمَسَحَهُ، فَرَدَّ اللَّهُ إِلَيْهِ بَصَرَهُ. قَالَ فَأَىُّ الْمَالِ أَحَبُّ إِلَيْكَ قَالَ الْغَنَمُ. فَأَعْطَاهُ شَاةً وَالِدًا، فَأُنْتِجَ هَذَانِ، وَوَلَّدَ هَذَا، فَكَانَ لِهَذَا وَادٍ مِنْ إِبِلٍ، وَلِهَذَا وَادٍ مِنْ بَقَرٍ، وَلِهَذَا وَادٍ مِنَ الْغَنَمِ. ثُمَّ إِنَّهُ أَتَى الأَبْرَصَ فِى صُورَتِهِ وَهَيْئَتِهِ فَقَالَ رَجُلٌ مِسْكِينٌ، تَقَطَّعَتْ بِىَ الْحِبَالُ فِى سَفَرِى، فَلاَ بَلاَغَ الْيَوْمَ إِلاَّ بِاللَّهِ ثُمَّ بِكَ، أَسْأَلُكَ بِالَّذِى أَعْطَاكَ اللَّوْنَ الْحَسَنَ وَالْجِلْدَ الْحَسَنَ وَالْمَالَ بَعِيرًا أَتَبَلَّغُ عَلَيْهِ فِى سَفَرِى. فَقَالَ لَهُ إِنَّ الْحُقُوقَ كَثِيرَةٌ. فَقَالَ لَهُ كَأَنِّى أَعْرِفُكَ، أَلَمْ تَكُنْ أَبْرَصَ يَقْذَرُكَ النَّاسُ فَقِيرًا فَأَعْطَاكَ اللَّهُ فَقَالَ لَقَدْ وَرِثْتُ لِكَابِرٍ عَنْ كَابِرٍ. فَقَالَ إِنْ كُنْتَ كَاذِبًا فَصَيَّرَكَ اللَّهُ إِلَى مَا كُنْتَ، وَأَتَى الأَقْرَعَ فِى صُورَتِهِ وَهَيْئَتِهِ ، فَقَالَ لَهُ مِثْلَ مَا قَالَ لِهَذَا، فَرَدَّ عَلَيْهِ مِثْلَ مَا رَدَّ عَلَيْهِ هَذَا فَقَالَ إِنْ كُنْتَ كَاذِبًا فَصَيَّرَكَ اللَّهُ إِلَى مَا كُنْتَ. وَأَتَى الأَعْمَى فِى صُورَتِهِ فَقَالَ رَجُلٌ مِسْكِينٌ وَابْنُ سَبِيلٍ وَتَقَطَّعَتْ بِىَ الْحِبَالُ فِى سَفَرِى، فَلاَ بَلاَغَ الْيَوْمَ إِلاَّ بِاللَّهِ، ثُمَّ بِكَ أَسْأَلُكَ بِالَّذِى رَدَّ عَلَيْكَ بَصَرَكَ شَاةً أَتَبَلَّغُ بِهَا فِى سَفَرِى. فَقَالَ قَدْ كُنْتُ أَعْمَى فَرَدَّ اللَّهُ بَصَرِى، وَفَقِيرًا فَقَدْ أَغْنَانِى، فَخُذْ مَا شِئْتَ، فَوَاللَّهِ لاَ أَجْهَدُكَ الْيَوْمَ بِشَىْءٍ أَخَذْتَهُ لِلَّهِ. فَقَالَ أَمْسِكْ مَالَكَ، فَإِنَّمَا ابْتُلِيتُمْ، فَقَدْ رَضِىَ اللَّهُ عَنْكَ وَسَخِطَ عَلَى صَاحِبَيْكَ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “(Vaxtı ilə) Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk (insan qiyafəsində əvvəlcə) cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Dəvədir”– deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!” Sonra mələk keçəlin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl saçım (olsun) və bu (keçəllik) məndən getsin. İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “İnəkdir”– dedi. Ona boğaz inək verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!” Bundan sonra mələk korun yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim”. Mələk əlini (onun gözlərinə sürtdü) və Allah onun gözlərini özünə qaytardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Qoyundur”– dedi. Ona balalı bir qoyun verildi (və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!)”. Bundan sonra bu ikisinin heyvanları bala verdi, üçüncüsünün də (qoyunu) balaladı. Bir müddət keçdikdən sonra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünün də bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və (bu qədər) sərvət bəxş etmiş Allah rizasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdıra bilim”. Bu adam cavabında ona dedi: “Düzü, (özümün) o qədər verəcəyim var ki!” Mələk ona dedi: “Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəstəliyinə tutulmuş, həm insanların diksindiyi, həm də kasıb bir adam deyildinmi? Sonra da Allah sənə (istədiklərini) vermədimi?” Adam dedi: “(Bu var-dövlət) mənə ata-babalarımdan miras qalmışdır”. Mələk dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini söylədi. Əvvəlki adam ona rədd etdiyi kimi keçəl də ona “yox” cavabı verdi. Onda mələk dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə korun yanına gəlib dedi: “Mən kasıb adamam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən ancaq və ancaq Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənin gözlərini özünə qaytaran Allah rizasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdıra bilim”. Adam dedi: “(Doğrudur,) mən kor idim, Allah gözlərimi mənə qaytardı, kasıb idim, O, mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər (qoyun) istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdüyün şeylərə hədd qoymayacağam”. Mələk dedi: “Malını özünə saxla. Bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı oldu, lakin o biri iki yoldaşına qəzəbi tutdu!””

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 886 (Kitab 16, 19)

Qeyd

əl-Buxari, 3205, 3464.

عَنْ أَبِى الأَحْوَصِ عَنْ أَبِيهِ قَالَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى ثَوْبٍ دُونٍ فَقَالَ «أَلَكَ مَالٌ». قَالَ نَعَمْ. قَالَ «مِنْ أَىِّ الْمَالِ». قَالَ قَدْ أَتَانِىَ اللَّهُ مِنَ الإِبِلِ وَالْغَنَمِ وَالْخَيْلِ وَالرَّقِيقِ. قَالَ «فَإِذَا أَتَاكَ اللَّهُ مَالاً فَلْيُرَ أَثَرُ نِعْمَةِ اللَّهِ عَلَيْكَ وَكَرَامَتِهِ»...«إِنَّ اللَّهَ يُحِبَّ أَنْ يُرَى أَثَرُ نِعْمَتِهِ عَلَى عَبْدِهِ».

“Əbul-Əhvas atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən pis bir paltarda Allah Elçisinin ﷺ yanına gəldim. O, məndən soruşdu: “Malın varmı?” Mən: “Bəli”- deyə cavab verdim. O soruşdu: “Hansı maldan?” Mən: “Allah mənə dəvə, qoyun, at və kölələr vermişdir”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Allah sənə mal-dövlət veribsə, qoy Allahın nemətinin və lütfünün əlaməti sənin üstündə görünsün”. Digər rəvayətdə deyilir: “Həqiqətən, Allah nemətinin əlamətini qulunun üzərində görünməsini sevir”.”

Əbul-Əhvas atasından
SəhihFəzilətli əməllər, 887 (Kitab 16, 20)

Qeyd

ət-Tirmizi, 2819, 3051. Hədis həsən-səhihdir. Bax: Mişkətul-Məsabih, 4350.

Fəsil 7

Allah rizası üçün qəzəbi boğmaq

عَنِ ابْنِ عُمَرَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ جُرْعَةٍ أَعْظَمَ أَجْراً عِنْدَ اللهِ مِنْ جُرْعَةِ غَيْظٍ، كَظَمَهَا عَبْدٌ ابْتِغَاءَ وَجْهِ اللهِ عَزَّ وَجَلَّ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah dərgahında, qulun Allahın ﷿ Üzünü (razılığını) diləyərək öz qəzəbini boğmasından daha böyük mükafat yoxdur”.”

İbn Ömər
SəhihFəzilətli əməllər, 888 (Kitab 16, 21)

Qeyd

İbn Macə, 4189, 4329. Hədis səhihdir. Bax: Təliqur-Rağib, 3/279.

عَنْ سَهْلِ بْنِ مُعَاذٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ كَظَمَ غَيْظًا - وَهُوَ قَادِرٌ عَلَى أَنْ يُنْفِذَهُ - دَعَاهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى رُءُوسِ الْخَلاَئِقِ يَوْمَ الْقِيَامَةِ حَتَّى يُخَيِّرَهُ اللَّهُ مِنَ الْحُورِ مَا شَاءَ».

“Səhl ibn Muaz atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim qəzəblənərək – qəzəbinin tələb etdiyini yerinə yetirməyə qadir olduğu təqdirdə qəzəbini boğarsa, Allah ﷿ Qiyamət günü onu yaratdıqlarının qarşısına çağıracaq və hurilərdən istədiyini seçməkdə onu sərbəst buraxacaq”.”

Səhl ibn Muaz atasından
HəsənFəzilətli əməllər, 889 (Kitab 16, 22)

Qeyd

Əbu Davud, 4777, 4779. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6522.

عَنْ أَبِي الدَّرْدَاءِ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ، دُلَّنِي عَلَى عَمَلٍ يُدْخِلُنِي الْجَنَّةَ، قَالَ: لا تَغْضَبْ، وَلَكَ الْجَنَّةُ

“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Bir nəfər gəlib Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, məni Cənnətə salacaq bir əməl göstər!” Allah Elçisi ﷺ buyurdu: “Qəzəblənmə, sənə Cənnət verilər!””

Əbu əd-Dərdə
SəhihFəzilətli əməllər, 890 (Kitab 16, 23)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 1762. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7374.

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ: قُلْتُ: يَا رَسُوْلَ اللهِ! مَا يَمْنَعْنِي مِنْ غَضَبِ اللهِ؟ قَالَ: «لا تَغْضَبْ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, məni Allahın qəzəbindən nə qoruyar?” O buyurdu: “Qəzəblənmə!””

Abdullah ibn Amr
HəsənFəzilətli əməllər, 891 (Kitab 16, 24)

Qeyd

İbn Hibban, 296. Hədis həsəndir. Bax: Təliqur-Rağib, 3/277.

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «عَلِّمُوا وَيَسِّرُوا، عَلِّمُوا وَيَسِّرُوا»، ثَلاَثَ مَرَّاتٍ، «وَإِذَا غَضِبْتَ فَاسْكُتْ»، مَرَّتَيْنِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Öyrədin və asanlaşdırın, öyrədin və asanlaşdırın!” (O bunu) üç dəfə təkrar etdi. Yenə buyurdu: “Qəzəbləndiyin zaman sus!” (Bunu da) iki dəfə təkrar etdi”.”

İbn Abbas
SəhihFəzilətli əməllər, 892 (Kitab 16, 25)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad“ 1320. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Ədəbul-Mufrad, 996.

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ، إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَبِ»...«لَيْسَ الشَّدِيدُ مَنْ غَلَبَ (النَّاس) إِنَّمَا الشَّدِيدُ مَنْ غَلَبَ نَفْسَهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin”. Digər rəvayətdə deyilir: “İnsanlara qalib gəlmək güclü olmaq demək deyil. Həqiqətən, güclü olan nəfsinə qalib gələndir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 893 (Kitab 16, 26)

Qeyd

İbn Hibban, 715. Hədis səhihdir. Bax: Səhuhit-Tərğib vət-Tərhib, 2750.

Fəsil 8

Əlli nəfərin savabı

عَنْ عُتْبَةَ بن غَزْوَانَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "إِنَّ مِنْ وَرَائِكُمْ أَيَّامَ الصَّبْرِ، الْمُتَمَسِّكُ فِيهِنَّ يَوْمَئِذٍ بمَا أَنْتُمْ عَلَيْهِ أَجْرُ خَمْسِينَ مِنْكُمْ" قَالُوا: يَا نَبِيَّ اللَّهِ، أَوْ مِنْهُمْ؟ قَالَ: "بَلْ مِنْكُمْ".

“Utbə ibn Ğazvan ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “İrəlidə səbir günləri var. O günlərdə sizin üzərində durduğunuz yolu izləyənlərə sizdən əlli nəfərin savabı var”. Səhabələr: “Ey Allahın Peyğəmbəri! Onlardan (əlli nəfərin)?”- deyə soruşdular. Allah Elçisi ﷺ buyurdu: “Əksinə, sizdən!””

Utbə ibn Ğazvan
SəhihFəzilətli əməllər, 894 (Kitab 16, 27)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 289, 10394. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 494.

عَنْ عَبْدِ اللَّهِ بن مَسْعُودٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ مِنْ وَرَائِكُمْ زَمَانَ صَبْرٍ، لِلمُتَمَسِّكِ فِيهِ أَجْرُ خَمْسِينَ شَهِيدًا، فَقَالَ عُمَرُ: يَا رَسُولَ اللَّهِ، مِنَّا أَوْ مِنْهُمْ؟ قَالَ:مِنْكُمْ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İrəlidə səbir zamanı var. O vaxt (sünnəyə) sarılan kimsəyə əlli şəhid savabı var”. Ömər soruşdu: “Ey Allahın Elçisi! Bizdən, yoxsa onlardan?” O buyurdu: “Sizdən!””

Abdullah ibn Məsud
SəhihFəzilətli əməllər, 895 (Kitab 16, 28)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 10240. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2234.

Fəsil 9

Dininə görə səbir edənlər

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ الصَّابِرُ فِيهِمْ عَلَى دِيْنِهِ كَالْقَابِضِ عَلَى الْجَمْرِ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlara elə bir zaman gələcək ki, dininə görə səbir etmək əldə köz tutmaq kimi (çətin) olacaq”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 896 (Kitab 16, 29)

Qeyd

ət-Tirmizi, 2260, 2428. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 957.

Fəsil 10

Allah səbir diləyənə səbir verər

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا مِنَ الأَنْصَارِ سَأَلُوا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْطَاهُمْ، ثُمَّ سَأَلُوهُ فَأَعْطَاهُمْ، حَتَّى نَفِدَ مَا عِنْدَهُ فَقَالَ: «مَا يَكُونُ عِنْدِى مِنْ خَيْرٍ فَلَنْ أَدَّخِرَهُ عَنْكُمْ، وَمَنْ يَسْتَعْفِفْ يُعِفَّهُ اللَّهُ، وَمَنْ يَسْتَغْنِ يُغْنِهِ اللَّهُ، وَمَنْ يَتَصَبَّرْ يُصَبِّرْهُ اللَّهُ، وَمَا أُعْطِىَ أَحَدٌ عَطَاءً خَيْرًا وَأَوْسَعَ مِنَ الصَّبْرِ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, ənsardan bəzi adamlar Allah Elçisindən ﷺ yardım istədilər, o da onlara istədiklərini verdi. Sonra yenə istədilər, o, yenə onlara istədiklərini verdi. Nəhayət, əlində olanlar qurtardıqdan sonra dedi: “Əlimdə nə qədər nemət olursa-olsun, heç vaxt onu sizdən əsirgəməyəcəyəm. Kim iffətli olmaq istəyərsə, Allah onu iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyəni Allah heç kəsə möhtac etməz. Kim səbirli olmağa çalışarsa, Allah onu səbirli edər. Heç kəsə səbirdən daha xeyirli və daha böyük nemət verilməmişdir”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 897 (Kitab 16, 30)

Qeyd

əl-Buxari, 1376, 1469.

Fəsil 11

Mömin qardaşına təsəlli verən

عَنْ أَنَس قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ عَزَّى أَخَاهُ الْمُؤمِن مِنْ مُصِيبَة كَسَاهُ اللهُ حُلَّة خَضْرَاء يُحْبَرُ بِهَا يَوْمَ الْقِيَامَة». قِيلَ: يَا رَسُوْلَ اللهِ مَا يُحْبَر؟ قَالَ: «يُغْبَطُ بِهَا يَوْمَ الْقِيَامَة».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim müsibətə düçar olmuş mömin qardaşına təsəlli verərsə, Allah ona Qiyamət günü onu fərəhləndirəcək yaşıl paltar geyindirər”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, onu nə fərəhləndirəcək?” O buyurdu: “Qiyamət günü ona qibtə ediləcək”.”

Ənəs
HəsənFəzilətli əməllər, 898 (Kitab 16, 31)

Qeyd

Xatib əl-Bağdadi “Tarixu Bağdad” 7/397. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 3/217.

Fəsil 12

Düşən uşaq itki deyil

عَنْ مُعَاذِ بْنِ جَبَلٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «وَالَّذِي نَفْسِي بِيَدِهِ! إِنَّ السِّقْطَ لَيَجُرُّ أُمَّهُ بِسَرَرِهِ إلَى الْجَنَّةِ إِذَا احتَسَبَتْهُ».

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Canım Əlində Olana and olsun! Həqiqətən, (hamiləlikdə) düşən uşaq, səbir edərək mükafatını Allahdan uman anasını göbəyindən dartaraq Cənnətə aparacaq”.”

Muaz ibn Cəbəl
HəsənFəzilətli əməllər, 899 (Kitab 16, 32)

Qeyd

İbn Macə, 1609, 1677. Hədis həsəndir. Bax: Səhih əıl-Cami, 7064.

Fəsil 13

Qarışıqlıq zamanı ibadəti çoxaltmaq

عَنْ مَعْقِلِ بن يَسَارٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: عُبَادَةٌ فِي الْهَرْجِ، أَوِ الْفِتْنَةِ كَهِجْرَةٍ إِلَيَّ

“Rəvayət edilir ki, Məqil ibn Yəsar ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hərc-mərclik və fitnə zamanı ibadət etmək mənə doğru hicrət etmək kimidir”.”

Məqil ibn Yəsar
SəhihFəzilətli əməllər, 900 (Kitab 16, 33)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 16888. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3974.

Fəsil 14

Hər bir səbirdən sonra zəfər gəlir

عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «النَّصْرُ مَعَ الصَّبْرِ، وَالْفَرَجُ مَعَ الْكَرْبِ، وَإِنَّ مَعَ الْعُسْرِ يُسراً، إِنَّ مَعَ الْعُسْرِ يُسراً».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər bir səbirdən sonra zəfər, hər bir sıxıntıdan sonra yüngüllük, hər bir çətinlikdən sonra asanlıq, hər bir çətinlikdən sonra asanlıq gəlir”.”

Ənəs
SəhihFəzilətli əməllər, 901 (Kitab 16, 34)

Qeyd

Xatib əl-Bağdadi “Tarixu Bağdad” 5411. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 686.

Fəsil 15

Kasıblığa səbir edənlər

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَدْخُلُ فُقَرَاءُ الْمُسْلِمِينَ الْجَنَّة قَبْلَ أَغْنِيَائَهُم بِنِصفِ يَومٍ وَهُوَ خَمْسُ مِئَةِ عَامٍ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kasıb müsəlmanlar Cənnətə varlılardan yarım gün əvvəl girəcəklər. Bu da beş yüz ilə bərabərdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 902 (Kitab 16, 35)

Qeyd

ət-Tirmizi, 2354, 2527. Hədis həsən-səhihdir. Bax: Səhih əl-Cami, 8076.

Fəsil 16

Möminin halı

عَنْ صُهَيْبٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَجَبًا لِأَمْرِ الْمُؤْمِنِ إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ وَلَيْسَ ذَاكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ فَكَانَ خَيْرًا لَهُ وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ فَكَانَ خَيْرًا لَهُ

“Rəvayət edilir ki, Suheyb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Möminin halı necə də qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömindən başqa bir kəsə məxsus deyil. Ona sevindirici bir şey gəldikdə şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu da onun üçün xeyir olar”.”

Suheyb
SəhihFəzilətli əməllər, 903 (Kitab 16, 36)

Qeyd

Muslim, 64/2999, 5318, 7692.