Mömin qardaşına təsəlli verən
عَنْ أَنَس قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ عَزَّى أَخَاهُ الْمُؤمِن مِنْ مُصِيبَة كَسَاهُ اللهُ حُلَّة خَضْرَاء يُحْبَرُ بِهَا يَوْمَ الْقِيَامَة». قِيلَ: يَا رَسُوْلَ اللهِ مَا يُحْبَر؟ قَالَ: «يُغْبَطُ بِهَا يَوْمَ الْقِيَامَة».
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim müsibətə düçar olmuş mömin qardaşına təsəlli verərsə, Allah ona Qiyamət günü onu fərəhləndirəcək yaşıl paltar geyindirər”. Səhabələr soruşdular: “Ey Allahın Elçisi, onu nə fərəhləndirəcək?” O buyurdu: “Qiyamət günü ona qibtə ediləcək”.”
Qeyd
Xatib əl-Bağdadi “Tarixu Bağdad” 7/397. Hədis həsəndir. Bax: İrvaul-Ğalil, 3/217.
İstinad
Fəzilətli əməllər, 898 (Kitab 16, 31)
Fəzilətli əməllər — Səbir və Şükür