Səbir və Şükür

Allah səbir diləyənə səbir verər

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا مِنَ الأَنْصَارِ سَأَلُوا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْطَاهُمْ، ثُمَّ سَأَلُوهُ فَأَعْطَاهُمْ، حَتَّى نَفِدَ مَا عِنْدَهُ فَقَالَ: «مَا يَكُونُ عِنْدِى مِنْ خَيْرٍ فَلَنْ أَدَّخِرَهُ عَنْكُمْ، وَمَنْ يَسْتَعْفِفْ يُعِفَّهُ اللَّهُ، وَمَنْ يَسْتَغْنِ يُغْنِهِ اللَّهُ، وَمَنْ يَتَصَبَّرْ يُصَبِّرْهُ اللَّهُ، وَمَا أُعْطِىَ أَحَدٌ عَطَاءً خَيْرًا وَأَوْسَعَ مِنَ الصَّبْرِ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, ənsardan bəzi adamlar Allah Elçisindən ﷺ yardım istədilər, o da onlara istədiklərini verdi. Sonra yenə istədilər, o, yenə onlara istədiklərini verdi. Nəhayət, əlində olanlar qurtardıqdan sonra dedi: “Əlimdə nə qədər nemət olursa-olsun, heç vaxt onu sizdən əsirgəməyəcəyəm. Kim iffətli olmaq istəyərsə, Allah onu iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyəni Allah heç kəsə möhtac etməz. Kim səbirli olmağa çalışarsa, Allah onu səbirli edər. Heç kəsə səbirdən daha xeyirli və daha böyük nemət verilməmişdir”.”

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

əl-Buxari, 1376, 1469.

İstinad

Fəzilətli əməllər, 897 (Kitab 16, 30)

Fəzilətli əməllər — Səbir və Şükür