Səbir və Şükür

Möminin halı

عَنْ صُهَيْبٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَجَبًا لِأَمْرِ الْمُؤْمِنِ إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ وَلَيْسَ ذَاكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ فَكَانَ خَيْرًا لَهُ وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ فَكَانَ خَيْرًا لَهُ

“Rəvayət edilir ki, Suheyb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Möminin halı necə də qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömindən başqa bir kəsə məxsus deyil. Ona sevindirici bir şey gəldikdə şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu da onun üçün xeyir olar”.”

Suheyb
Səhih

Qeyd

Muslim, 64/2999, 5318, 7692.

İstinad

Fəzilətli əməllər, 903 (Kitab 16, 36)

Fəzilətli əməllər — Səbir və Şükür