Üç qızı olan və onlara yaxşı baxanın fəziləti
أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ حَدَّثَهُمْ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَنْ كَانَ لَهُ ثَلاَثُ بَنَاتٍ، يُؤْوِيهِنَّ، وَيَكْفِيهِنَّ، وَيَرْحَمُهُنَّ، فَقَدْ وَجَبَتْ لَهُ الْجَنَّةُ الْبَتَّةَ، فَقَالَ رَجُلٌ مِنْ بَعْضِ الْقَوْمِ: وَثِنْتَيْنِ، يَا رَسُولَ اللَّهِ؟ قَالَ: وَثِنْتَيْنِ.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ dedi: “Kimin üç qızı olsa, sonra o bu qızları himayə etsə, onların qayğısına qalsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq ona mütləq vacib olar”. Camaatın arasında olan bir adam soruşdu: “Ey Allahın Elçisi, iki qızı olana da?” O, dedi: “İki qızı olana da!””
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 78. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1026.
İstinad
Fəzilətli əməllər, 873 (Kitab 16, 6)
Fəzilətli əməllər — Səbir və Şükür