Səbir və Şükür

Üç qızı olan və onlara yaxşı baxanın fəziləti

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ كَانَ لَهُ ثَلاَثُ بَنَاتٍ فَصَبَرَ عَلَيْهِنَّ وَأَطْعَمَهُنَّ وَسَقَاهُنَّ وَكَسَاهُنَّ مِنْ جِدَتِهِ - كُنَّ لَهُ حِجَابًا مِنَ النَّارِ يَوْمَ الْقِيَامَةِ».

“Rəvayət edilir ki, Uqbə bin Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Üç qızı olan kimsə qızlarına qarşı səbirli olarsa, onları imkanı daxilində yedirdib-içirdər və geyindirərsə, Qiyamət günü qızları Cəhənnəmlə onun arasında pərdə olarlar”.”

Uqbə bin Amir
Səhih

Qeyd

İbn Macə, 3669, 3800; Əhməd 17403, 17865. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6488.

İstinad

Fəzilətli əməllər, 872 (Kitab 16, 5)

Fəzilətli əməllər — Səbir və Şükür