Səbir və Şükür

Hövsələli olmaq Allahdandır

عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ :«التأَنِّي مِنَ الله وَالْعَجَلَةُ مِنَ الشَّيْطَانِ، وَمَا شَيءٌ أكْثَرُ مَعَاذِيرَ مِنَ اللهِ، وَمَا مِنْ شَيءٍ أَحَبُّ إِلَى اللهِ مِنَ الْحَمْدِ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hövsələli olmaq Allahdan, tələsmək isə şeytandandır. Allahdan daha çox üzr qəbul edən yoxdur. Həmd etməkdən daha çox Allaha sevimli olan bir şey yoxdur”.”

Ənəs ibn Malik
Həsən

Qeyd

Əbu Yalə, 4256. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1572, 2677.

İstinad

Fəzilətli əməllər, 870 (Kitab 16, 3)

Fəzilətli əməllər — Səbir və Şükür