Səbir və Şükür

Sarsıntının ilk anında olan səbir

عَنْ أَبِى أُمَامَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ سُبْحَانَهُ ابْنَ آدَمَ إِنْ صَبَرْتَ وَاحْتَسَبْتَ عِنْدَ الصَّدْمَةِ الأُولَى لَمْ أَرْضَ لَكَ ثَوَابًا دُونَ الْجَنَّةِ»

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah ﷾ buyurur: “Ey Adəm oğlu! Əgər sən sarsıntının ilk anında səbir edib savab umarsansa, sənin üçün Cənnətdən başqa mükafata razı olmaram”.”

Əbu Umamə
Həsən

Qeyd

İbn Macə, 1586, 1597. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1758.

İstinad

Fəzilətli əməllər, 869 (Kitab 16, 2)

Fəzilətli əməllər — Səbir və Şükür