Səbir və Şükür

Allahın nemətlərinə şükür etmək

عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا أَنْعَمَ اللهُ عَلَى عَبْدٍ نِعْمَهً فَقَالَ: الْحَمْدُ للهِ إَلاَّ كَانَ الَّذِي أَعْطَاهُ أَفْضَلُ مِمَّا أَخَذَ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah qula bir nemət verdikdə, o: “Əlhəmdulilləh”- deyərsə, qulun (bu nemətə görə) həmd etməsi, əldə etdiyi nemətdən daha xeyirlidir”.”

Ənəs
Həsən

Qeyd

İbn Macə, 3805, 3937. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 5562.

İstinad

Fəzilətli əməllər, 879 (Kitab 16, 12)

Fəzilətli əməllər — Səbir və Şükür