Səbir və Şükür

Allah rizası üçün qəzəbi boğmaq

عَنْ سَهْلِ بْنِ مُعَاذٍ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَنْ كَظَمَ غَيْظًا - وَهُوَ قَادِرٌ عَلَى أَنْ يُنْفِذَهُ - دَعَاهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى رُءُوسِ الْخَلاَئِقِ يَوْمَ الْقِيَامَةِ حَتَّى يُخَيِّرَهُ اللَّهُ مِنَ الْحُورِ مَا شَاءَ».

“Səhl ibn Muaz atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim qəzəblənərək – qəzəbinin tələb etdiyini yerinə yetirməyə qadir olduğu təqdirdə qəzəbini boğarsa, Allah ﷿ Qiyamət günü onu yaratdıqlarının qarşısına çağıracaq və hurilərdən istədiyini seçməkdə onu sərbəst buraxacaq”.”

Səhl ibn Muaz atasından
Həsən

Qeyd

Əbu Davud, 4777, 4779. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6522.

İstinad

Fəzilətli əməllər, 889 (Kitab 16, 22)

Fəzilətli əməllər — Səbir və Şükür