Allahın nemətlərinə şükür etmək
عَنْ أَبِى الأَحْوَصِ عَنْ أَبِيهِ قَالَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى ثَوْبٍ دُونٍ فَقَالَ «أَلَكَ مَالٌ». قَالَ نَعَمْ. قَالَ «مِنْ أَىِّ الْمَالِ». قَالَ قَدْ أَتَانِىَ اللَّهُ مِنَ الإِبِلِ وَالْغَنَمِ وَالْخَيْلِ وَالرَّقِيقِ. قَالَ «فَإِذَا أَتَاكَ اللَّهُ مَالاً فَلْيُرَ أَثَرُ نِعْمَةِ اللَّهِ عَلَيْكَ وَكَرَامَتِهِ»...«إِنَّ اللَّهَ يُحِبَّ أَنْ يُرَى أَثَرُ نِعْمَتِهِ عَلَى عَبْدِهِ».
“Əbul-Əhvas atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən pis bir paltarda Allah Elçisinin ﷺ yanına gəldim. O, məndən soruşdu: “Malın varmı?” Mən: “Bəli”- deyə cavab verdim. O soruşdu: “Hansı maldan?” Mən: “Allah mənə dəvə, qoyun, at və kölələr vermişdir”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Allah sənə mal-dövlət veribsə, qoy Allahın nemətinin və lütfünün əlaməti sənin üstündə görünsün”. Digər rəvayətdə deyilir: “Həqiqətən, Allah nemətinin əlamətini qulunun üzərində görünməsini sevir”.”
Qeyd
ət-Tirmizi, 2819, 3051. Hədis həsən-səhihdir. Bax: Mişkətul-Məsabih, 4350.
İstinad
Fəzilətli əməllər, 887 (Kitab 16, 20)
Fəzilətli əməllər — Səbir və Şükür