Allahın nemətlərinə şükür etmək
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِنَّ ثَلاَثَةً فِى بَنِى إِسْرَائِيلَ أَبْرَصَ وَأَقْرَعَ وَأَعْمَى بَدَا لِلَّهِ أَنْ يَبْتَلِيَهُمْ، فَبَعَثَ إِلَيْهِمْ مَلَكًا، فَأَتَى الأَبْرَصَ. فَقَالَ أَىُّ شَىْءٍ أَحَبُّ إِلَيْكَ قَالَ لَوْنٌ حَسَنٌ وَجِلْدٌ حَسَنٌ، قَدْ قَذِرَنِى النَّاسُ. قَالَ فَمَسَحَهُ، فَذَهَبَ عَنْهُ، فَأُعْطِىَ لَوْنًا حَسَنًا وَجِلْدًا حَسَنًا. فَقَالَ أَىُّ الْمَالِ أَحَبُّ إِلَيْكَ قَالَ الإِبِلُ - أَوْ قَالَ الْبَقَرُ هُوَ شَكَّ فِى ذَلِكَ، إِنَّ الأَبْرَصَ وَالأَقْرَعَ، قَالَ أَحَدُهُمَا الإِبِلُ، وَقَالَ الآخَرُ الْبَقَرُ - فَأُعْطِىَ نَاقَةً عُشَرَاءَ. فَقَالَ يُبَارَكُ لَكَ فِيهَا. وَأَتَى الأَقْرَعَ فَقَالَ أَىُّ شَىْءٍ أَحَبُّ إِلَيْكَ قَالَ شَعَرٌ حَسَنٌ، وَيَذْهَبُ عَنِّى هَذَا، قَدْ قَذِرَنِى النَّاسُ. قَالَ فَمَسَحَهُ فَذَهَبَ، وَأُعْطِىَ شَعَرًا حَسَنًا. قَالَ فَأَىُّ الْمَالِ أَحَبُّ إِلَيْكَ قَالَ الْبَقَرُ. قَالَ فَأَعْطَاهُ بَقَرَةً حَامِلاً، وَقَالَ يُبَارَكُ لَكَ فِيهَا. وَأَتَى الأَعْمَى فَقَالَ أَىُّ شَىْءٍ أَحَبُّ إِلَيْكَ قَالَ يَرُدُّ اللَّهُ إِلَىَّ بَصَرِى، فَأُبْصِرُ بِهِ النَّاسَ. قَالَ فَمَسَحَهُ، فَرَدَّ اللَّهُ إِلَيْهِ بَصَرَهُ. قَالَ فَأَىُّ الْمَالِ أَحَبُّ إِلَيْكَ قَالَ الْغَنَمُ. فَأَعْطَاهُ شَاةً وَالِدًا، فَأُنْتِجَ هَذَانِ، وَوَلَّدَ هَذَا، فَكَانَ لِهَذَا وَادٍ مِنْ إِبِلٍ، وَلِهَذَا وَادٍ مِنْ بَقَرٍ، وَلِهَذَا وَادٍ مِنَ الْغَنَمِ. ثُمَّ إِنَّهُ أَتَى الأَبْرَصَ فِى صُورَتِهِ وَهَيْئَتِهِ فَقَالَ رَجُلٌ مِسْكِينٌ، تَقَطَّعَتْ بِىَ الْحِبَالُ فِى سَفَرِى، فَلاَ بَلاَغَ الْيَوْمَ إِلاَّ بِاللَّهِ ثُمَّ بِكَ، أَسْأَلُكَ بِالَّذِى أَعْطَاكَ اللَّوْنَ الْحَسَنَ وَالْجِلْدَ الْحَسَنَ وَالْمَالَ بَعِيرًا أَتَبَلَّغُ عَلَيْهِ فِى سَفَرِى. فَقَالَ لَهُ إِنَّ الْحُقُوقَ كَثِيرَةٌ. فَقَالَ لَهُ كَأَنِّى أَعْرِفُكَ، أَلَمْ تَكُنْ أَبْرَصَ يَقْذَرُكَ النَّاسُ فَقِيرًا فَأَعْطَاكَ اللَّهُ فَقَالَ لَقَدْ وَرِثْتُ لِكَابِرٍ عَنْ كَابِرٍ. فَقَالَ إِنْ كُنْتَ كَاذِبًا فَصَيَّرَكَ اللَّهُ إِلَى مَا كُنْتَ، وَأَتَى الأَقْرَعَ فِى صُورَتِهِ وَهَيْئَتِهِ ، فَقَالَ لَهُ مِثْلَ مَا قَالَ لِهَذَا، فَرَدَّ عَلَيْهِ مِثْلَ مَا رَدَّ عَلَيْهِ هَذَا فَقَالَ إِنْ كُنْتَ كَاذِبًا فَصَيَّرَكَ اللَّهُ إِلَى مَا كُنْتَ. وَأَتَى الأَعْمَى فِى صُورَتِهِ فَقَالَ رَجُلٌ مِسْكِينٌ وَابْنُ سَبِيلٍ وَتَقَطَّعَتْ بِىَ الْحِبَالُ فِى سَفَرِى، فَلاَ بَلاَغَ الْيَوْمَ إِلاَّ بِاللَّهِ، ثُمَّ بِكَ أَسْأَلُكَ بِالَّذِى رَدَّ عَلَيْكَ بَصَرَكَ شَاةً أَتَبَلَّغُ بِهَا فِى سَفَرِى. فَقَالَ قَدْ كُنْتُ أَعْمَى فَرَدَّ اللَّهُ بَصَرِى، وَفَقِيرًا فَقَدْ أَغْنَانِى، فَخُذْ مَا شِئْتَ، فَوَاللَّهِ لاَ أَجْهَدُكَ الْيَوْمَ بِشَىْءٍ أَخَذْتَهُ لِلَّهِ. فَقَالَ أَمْسِكْ مَالَكَ، فَإِنَّمَا ابْتُلِيتُمْ، فَقَدْ رَضِىَ اللَّهُ عَنْكَ وَسَخِطَ عَلَى صَاحِبَيْكَ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “(Vaxtı ilə) Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk (insan qiyafəsində əvvəlcə) cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Dəvədir”– deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!” Sonra mələk keçəlin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl saçım (olsun) və bu (keçəllik) məndən getsin. İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “İnəkdir”– dedi. Ona boğaz inək verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!” Bundan sonra mələk korun yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim”. Mələk əlini (onun gözlərinə sürtdü) və Allah onun gözlərini özünə qaytardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Qoyundur”– dedi. Ona balalı bir qoyun verildi (və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!)”. Bundan sonra bu ikisinin heyvanları bala verdi, üçüncüsünün də (qoyunu) balaladı. Bir müddət keçdikdən sonra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünün də bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və (bu qədər) sərvət bəxş etmiş Allah rizasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdıra bilim”. Bu adam cavabında ona dedi: “Düzü, (özümün) o qədər verəcəyim var ki!” Mələk ona dedi: “Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəstəliyinə tutulmuş, həm insanların diksindiyi, həm də kasıb bir adam deyildinmi? Sonra da Allah sənə (istədiklərini) vermədimi?” Adam dedi: “(Bu var-dövlət) mənə ata-babalarımdan miras qalmışdır”. Mələk dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini söylədi. Əvvəlki adam ona rədd etdiyi kimi keçəl də ona “yox” cavabı verdi. Onda mələk dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə korun yanına gəlib dedi: “Mən kasıb adamam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən ancaq və ancaq Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənin gözlərini özünə qaytaran Allah rizasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdıra bilim”. Adam dedi: “(Doğrudur,) mən kor idim, Allah gözlərimi mənə qaytardı, kasıb idim, O, mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər (qoyun) istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdüyün şeylərə hədd qoymayacağam”. Mələk dedi: “Malını özünə saxla. Bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı oldu, lakin o biri iki yoldaşına qəzəbi tutdu!””
Qeyd
əl-Buxari, 3205, 3464.
İstinad
Fəzilətli əməllər, 886 (Kitab 16, 19)
Fəzilətli əməllər — Səbir və Şükür