Tövbə və Mərhəmət

Bağışlanma diləməyin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ لَنْ يُدْخِلَ أَحَدًا عَمَلُهُ الْجَنَّةَ قَالُوا وَلاَ أَنْتَ يَا رَسُولَ اللَّهِ قَالَ: لاَ وَلاَ أَنَا إِلاَّ أَنْ يَتَغَمَّدَنِي اللَّهُ بِفَضْلٍ وَرَحْمَةٍ فَسَدِّدُوا وَقَارِبُوا وَلاَ يَتَمَنَّيَنَّ أَحَدُكُمْ الْمَوْتَ إِمَّا مُحْسِنًا فَلَعَلَّهُ أَنْ يَزْدَادَ خَيْرًا وَإِمَّا مُسِيئًا فَلَعَلَّهُ أَنْ يَسْتَعْتِبَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Heç bir kəsi əməlləri Cənnətə daxil edə bilməz”. Səhabələr: “Səni də, ey Allahın Elçisi?”– deyə soruşdular. O dedi: “Məni də! Yalnız Allahın mənə mərhəmət göstərməsi və mənə rəhm etməsi istisnadır. Elə isə doğru yol tutun, (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) yaxınlaşın! Sizdən heç kəs özünə ölüm diləməsin. (Əgər o, həyatda qalarsa,) əməlisaleh adamdırsa, yaxşı işlər görüb savabını artırar, yox, günahkar adamdırsa, ola bilər ki, tövbə etsin”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 5241, 5673.

İstinad

Fəzilətli əməllər, 918 (Kitab 17, 15)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət