عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «كَانَ فِيمَنْ كَانَ قَبْلَكُمْ رَجُلٌ قَتَلَ تِسْعَةً وَتِسْعِينَ نَفْسًا فَسَأَلَ عَنْ أَعْلَمِ أَهْلِ الأَرْضِ فَدُلَّ عَلَى رَاهِبٍ فَأَتَاهُ فَقَالَ إِنَّهُ قَتَلَ تِسْعَةً وَتِسْعِينَ نَفْسًا فَهَلْ لَهُ مِنَ تَوْبَةٍ فَقَالَ لاَ. فَقَتَلَهُ فَكَمَّلَ بِهِ مِائَةً ثُمَّ سَأَلَ عَنْ أَعْلَمِ أَهْلِ الأَرْضِ فَدُلَّ عَلَى رَجُلٍ عَالِمٍ فَقَالَ إِنَّهُ قَتَلَ مِائَةَ نَفْسٍ فَهَلْ لَهُ مِنْ تَوْبَةٍ فَقَالَ نَعَمْ وَمَنْ يَحُولُ بَيْنَهُ وَبَيْنَ التَّوْبَةِ انْطَلِقْ إِلَى أَرْضِ كَذَا وَكَذَا فَإِنَّ بِهَا أُنَاسًا يَعْبُدُونَ اللَّهَ فَاعْبُدِ اللَّهَ مَعَهُمْ وَلاَ تَرْجِعْ إِلَى أَرْضِكَ فَإِنَّهَا أَرْضُ سَوْءٍ. فَانْطَلَقَ حَتَّى إِذَا نَصَفَ الطَّرِيقَ أَتَاهُ الْمَوْتُ فَاخْتَصَمَتْ فِيهِ مَلاَئِكَةُ الرَّحْمَةِ وَمَلاَئِكَةُ الْعَذَابِ فَقَالَتْ مَلاَئِكَةُ الرَّحْمَةِ جَاءَ تَائِبًا مُقْبِلاً بِقَلْبِهِ إِلَى اللَّهِ. وَقَالَتْ مَلاَئِكَةُ الْعَذَابِ إِنَّهُ لَمْ يَعْمَلْ خَيْرًا قَطُّ. فَأَتَاهُمْ مَلَكٌ فِى صُورَةِ آدَمِىٍّ فَجَعَلُوهُ بَيْنَهُمْ فَقَالَ قِيسُوا مَا بَيْنَ الأَرْضَيْنِ فَإِلَى أَيَّتِهِمَا كَانَ أَدْنَى فَهُوَ لَهُ. فَقَاسُوهُ فَوَجَدُوهُ أَدْنَى إِلَى الأَرْضِ الَّتِى أَرَادَ فَقَبَضَتْهُ مَلاَئِكَةُ الرَّحْمَةِ». قَالَ قَتَادَةُ فَقَالَ الْحَسَنُ ذُكِرَ لَنَا أَنَّهُ لَمَّا أَتَاهُ الْمَوْتُ نَأَى بِصَدْرِهِ.
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Sizdən əvvəlki (ümmətlərdən) bir kişi doxsan doqquz adam öldürdü. Dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir rahibi göstərdilər. Onun yanına gəlib belə dedi: “Mən doxsan doqquz adam öldürmüşəm. Buna tövbə varmı?” O dedi: “Xeyr!” Həmin adam rahibi də öldürərək bununla sayı yüzə tamamladı. Sonra dünyada ən çox bilənin kim olduğunu soruşdu və ona bir alimi göstərdilər. Onun yanına gəlib dedi ki, yüz adam öldürmüşəm”. (Həmçinin,) soruşdu: “Buna tövbə varmı?” O dedi: “Bəli! Tövbə edənlə tövbəsi arasına kim girə (tövbə edənə mane ola) bilər? İnsanların Uca Allaha ibadət etdikləri (filan) yerə get, onlarla birgə Allaha ibadət elə və öz torpağına qayıtma, çünki ora pis yerdir”. O, yola düşüb yolun yarısına çatmışdı ki, ölüm onu haqladı. Ondan ötrü rəhmət və əzab mələkləri öz aralarında mübahisə etməli oldular. Rəhmət mələkləri dedilər: “O, tövbə edərək qəlbi ilə Uca Allaha tərəf gəlmişdir!” Əzab mələkləri isə dedilər: “O, həqiqətən, heç bir xeyir iş görməmişdir”. Onların yanına insan qiyafəsində bir mələk gəldi. Onu öz aralarında hakim təyin etdilər. O dedi: “Bu iki (gəldiyi yerdən bura və buradan gedəcəyi yerə qədər) məsafəni ölçün, hansına yaxın olarsa, ora da aiddir”. Ölçdükdə gördülər ki, gedəcəyi yerə yaxındır və onu (onun ruhunu) rəhmət mələkləri aldılar”. Rəvayətçilərdən biri Həsən dedi: “Bizə deyildiyinə görə: “Bu adama ölüm gəlincə, o, sinəsi ilə (o tərəfə doğru) irəliləmişdir (sürünmüşdür)”.”
Qeyd
Muslim, 4967, 7184.