Tövbə və Mərhəmət

Bir kimsəni Allah rizası üçün sevən bunu ona bildirməlidir

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَجُلاً كَانَ عِنْدَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَمَرَّ بِهِ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنِّى لأُحِبُّ هَذَا. فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَعْلَمْتَهُ». قَالَ لاَ قَالَ «أَعْلِمْهُ». قَالَ فَلَحِقَهُ فَقَالَ إِنِّى أُحِبُّكَ فِى اللَّهِ. فَقَالَ أَحَبَّكَ الَّذِى أَحْبَبْتَنِى لَهُ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir gün Peyğəmbərin ﷺ yanında olan bir kişi yaxından keçən bir adamı görüb dedi: “Ey Allahın Elçisi, mən bu adamı sevirəm!” Peyğəmbər ﷺ ondan soruşdu: “(Bunu) ona bildirmisən?” O: “Xeyr!”- deyə cavab verdikdə Peyğəmbər ﷺ: “Get, bunu ona bildir!”- deyə buyurdu. O, həmin adamın yanına çatıb dedi: “Həqiqətən, mən səni Allah xatirinə sevirəm!” O: “Məni xatirinə sevdiyin (Allah) da səni sevsin!”- dedi”.”

Ənəs ibn Malik
Həsən

Qeyd

Əbu Davud, 5125, 5127; İbn Hibban, 571. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 5017.

İstinad

Fəzilətli əməllər, 938 (Kitab 17, 35)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət