Tövbə və Mərhəmət

Bağışlanma diləməyin fəziləti

عَنْ عَائِشَةَ قَالَتْ قَالَ لِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إنْ كُنْتِ ألْمَمْتِ بِذَنْبٍ فاسْتَغْفِرِي اللَّهَ وتُوبِي إلَيْهِ فإنّ التَّوْبَةَ مِنَ الذَّنْبِ النَّدَمُ والاسْتِغْفارُ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənə buyurdu: “Bir günah etmiş olsan, Allahdan bağışlanma dilə və Ona tövbə et! Çünki tövbə peşman olmaq və bağışlanma diləməklə olur”.”

Aişə
Səhih

Qeyd

İbn Hibban, 624. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1433.

İstinad

Fəzilətli əməllər, 923 (Kitab 17, 20)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət