Tövbə və Mərhəmət

Bir-birini Allah rizası üçün sevənlər

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ، لاَ يَظْلِمُهُ وَلاَ يُسْلِمُهُ، وَمَنْ كَانَ فِى حَاجَةِ أَخِيهِ كَانَ اللَّهُ فِى حَاجَتِهِ، وَمَنْ فَرَّجَ عَنْ مُسْلِمٍ كُرْبَةً فَرَّجَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرُبَاتِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ».

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz və onu ələ verməz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı bir sıxıntıdan qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim bir müsəlmanın eyiblərini örtərsə, Allah da Qiyamət günü onun eyiblərini örtər”.”

Abdullah ibn Ömər
Səhih

Qeyd

əl-Buxari, 2242, 2442; Muslim, 2580, 4677, 6743.

İstinad

Fəzilətli əməllər, 958 (Kitab 17, 55)

Fəzilətli əməllər — Tövbə və Mərhəmət