Allah sevgisi
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ مِنْ عِبَادِ اللهِ عِبَاداً لَيْسُوا بِأَنْبَياءَ، يَغْبِطهُمْ الأَنْبِيَاءُ وَالشُّهَدَاءُ». قِيْلَ: مَنْ هُمْ لَعَلَّنَا نُحِبَّهُمْ؟ قَالَ: «هُمْ قَوْمٌ تَحَابُوا بِنُورِ اللهِ مِنْ غَيْرِ أَرْحَامٍ وَلاَ انْتِسَابٍ، وُجُوْهُهُمْ نُورٌ عَلَى مَنَابِرَ مِنْ نُورٍ، لاَ يَخَافُونَ إِذَا خَافَ النَّاسُ وَلاَ يَحْزَنُونَ إِذَا حِزِنَ النَّاس ثُمَّ قَرَأَ }ألا إِنَّ أَوْلِيَاءَ اللهِ لاَ خَوْفُ عَلَيْهمْ وَلاَ هُمْ يَحْزَنُونْ{».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allahın elə qulları var ki, onlar peyğəmbər deyillər, (lakin) peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər”. Səhabələr dedilər: “Onların kim olduğunu bizə bildir ki, biz də onları sevək”. O buyurdu: “Onlar aralarında qohumluq əlaqələri olmadan Allahın nuru ilə bir-birini sevən bir qövmdür. (Qiyamət günü) onlar nurdan olan minbərlərin üzərində üzləri nur saçaraq duracaqlar. Onlar insanların qorxduğu zaman qorxmaz, insanların kədərləndiyi zaman da kədərlənməzlər”. Sonra Allah Elçisi ﷺ bu ayəni oxudu: “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər” (Yunus, 62)”.”
Qeyd
İbn Hibban, 573. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3023.
İstinad
Fəzilətli əməllər, 936 (Kitab 17, 33)
Fəzilətli əməllər — Tövbə və Mərhəmət